Gündəm
“Microsoft” şirkəti “Windows 10” sisteminin yeni variantını təqdim edib
“Microsoft” şirkəti öz əməliyyat sisteminin server və işçi stansiyalar üçün nəzərdə tutulmuş yeni versiyasını təqdim edib. "Windows 10 Pro for Workstations" versiyası məhsuldarlıq və təhlükəsizliyin gücləndirilməsi üçün çox yüklənmiş peşəkar sistemlərdə tətbiq edilən bir sıra texnologiyaları dəstəkləyir. Məsələn, yeni versiya “Microsoft” üçün hazırlanmış server səviyyəli fayl sistemini – “ReFS” (Resilient File System), “NVDIMM-N” enerjidən asılı olmayan əməli yaddaşı, həmçinin kompüterlər arasında “SMB Direct” şəbəkəsi üzrə böyük həcmli məlumatların sürətli mübadilə texnologiyasını dəstəkləyir. Bundan başqa, yeni versiyanı 4 prosessorlu (adi “Pro” maksimum iki mərkəzi prosessor dəstəkləyir) və 6 terabaytadək (“Pro” versiayda 2 TB-dəkr) əməli yaddaşa malik sistemlərə quraşdırmaq olar.
Qaraciyər xəstəliyinin əlamətidir
Həddən artıq idmanla məşğul olmaq, qeyri-sağlam qidalanma, hava dəyişikliyi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Mətbəxinizdə ölüm bakteriyaları - Bunu etməsəniz...
Qab yuduğumuz süngər qaynar suyun belə öhdəsindən gələ bilmədiyi milyardlarla mikrobların mənbəyidir. Mütəxəssislərin son araşdırmalarına görə, qab yumaq üçün nəzərdə tutulmuş süngərlərin tərkibində sonsuz sayda mikrob var. Bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur.
Qadınların beyni kişilərdən daha aktivdir
Alimlər bu günə qədər ən böyük beyin görüntüləmə tədqiqatında doqquz klinikanın 46 mindən çox beynin vahid foton emissiyalı kompüter tomoqrafiyasının (SPECT) təsvirlərini müqayisə ediblər. Bununla elm adamları qadın və kişilərin beyinləri arasında fərqi qiymətləndiriblər.
Həvəskarların üzgüçülük yarışı keçiriləcək
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, “Olimpiya dünyası” qəzeti və “Sportsman” jurnalının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunacaq həvəskarların üzgüçülük yarışı keçiriləcək.
Azərbaycanın əməkdar artisti dünyasını dəyişib
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Mədəniyyət və Turizm Nazirliyi məlumat verir ki, Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayev 2017-ci il avqustun 13-də ömrünün 58-ci ilində vəfat edib.
BAMF prezidenti «Front Line Defenders»in icraçı direktoruna müraciət edib
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev «Front Line Defenders»in icraçı direktoruna müraciət edib. Qeyd edək ki, bu təşkilat risk qrupuna daxil olan insanların hüquq müdafiəçilərini müdafiə etmək məqsədilə 2001-ci ildə Dublində yaradılıb. İnsan hüquqları haqqında Ümumi bəyannamədə təsbit olunan bütün hüquqların müdafiəsi üçün çalışan bu təşkilatın qərargahı elə Dublində, Avropa Birliyinin Brüsseldəki ofisində yerləşir, həmçinin, Şimali və Cənubi Amerikada, Asiyada, Afrikada və Yaxın Şərqdə regional şöbələri var.
“Qarabağ”-“Kopenhagen” oyununa qalan min bilet sabah BU SAATDA SATIŞDA OLACAQ
Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”-“Kopenhagen” oyunu üçün biletlərin əksəriyyəti satılıb. Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Bununla belə, klubun saytı elan edib ki, “Kopenhagen”lə matç üçün nəzərdə tutulmuş 1 manatlıq biletlər növbəli şəkildə satışa çıxarılır. Hazırda satışa çıxarılmayan 5 və 25-ci sektorların biletləri sabah oyunun başlamasına 3 saat qalmış - saat 17:00-dan etibarən satışa çıxarılacaq.
Torpaq 300-dən çox adamı "uddu" - YENİLƏNİB
Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində 312 nəfər həlak olub. Həlak olanların azı 60 nəfəri uşaqlardır. Hadisə ilə əlaqədar ölü sayının arta biləcəyi istisna edilmir. Dağıntılar altında insanların qaldığı ehtimal olunur. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
"Pulumu kişilərə yedirtmərəm"
53 yaşlı müğənni Yonca Evcimik şəxsi həyatı ilə bağlı açıqlamalar verib. İfaçı müsahibəsində ancaq özündən balaca kişilərlə münasibətdə olmağı sevdiyini deyib: "Sevgililərim mütləq məndən balaca olmalıdır. Yaşıdlarımla alınmır. Anam belə şeylərə hirslənir. Amma daha o da öyrəşdi".
"Şou bacarmırsınızsa, heç olmasa..." - Xatun söz atdı
Verilişimə elə gəlirlər ki, elə bil "Aşıq Pəri" məclisidir. Gülməli sual verirəm, başlayırlar akademik kimi cavab verməyə. Bəsdirin də, özünüzü mənə göstərməyin. Şou bacarmırsınızsa, heç olmasa səsiniz olsun.
Syerra-Leonedə torpaq sürüşməsi 300-dən çox adamı "uddu"
Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində 312 nəfər həlak olub. Trend-in məlumatına görə, həlak olanların azı 60 nəfəri uşaqlardır. Hadisə ilə əlaqədar ölü sayının arta biləcəyi istisna edilmir. Dağıntılar altında insanların qaldığı ehtimal olunur. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Uşaq evlərində oftalmoloji müayinələr keçirilib
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB), Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə oftalmoloji müayinələr keçirilib.
Jurnalistlər Azərbaycan Prezidentinə hədsiz minnətdarlıq edirlər
Müxtəlif redaksiyaların kollektivləri, jurnalistlər üçün tikilən yeni binada mənzillə təmin olunan media işçiləri Prezident İlham Əliyevə çoxsaylı təşəkkür məktubları ünvanlamaqda davam edir, bu nəcib və xeyirxah təşəbbüsə görə dövlətimizin başçısına hədsiz minnətdarlıqlarını bildirirlər.
"Barselona" braziliyalı futbolçü üçün 40 milyon ödəyəcək
Braziliya milli komandasının və Çinin "Xuanqzou Everqrande" klubunun futbolçusu Paulinyokaryerasını İspaniya "Barselona"sında davam etdirəcək. 29 yaşlı yarımmüdafiəçi avqustun 17-də Kataloniya təmsilçisi ilə müqavilə bağlayacaq. Məlumatı Çin komandasının baş məşqçisi Luis Felipe Skolaridə təsdiqləyib. "Barcelona"nın Paulinyo üçün "Guangzhou Evergrande"a 40 milyon avro ödəyəcəyi bildirilir.






.jpg)







