“Qarabağ”-“Kopenhagen” oyununa qalan min bilet sabah BU SAATDA SATIŞDA OLACAQ

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”-“Kopenhagen” oyunu üçün biletlərin əksəriyyəti satılıb. Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Bununla belə, klubun saytı elan edib ki, “Kopenhagen”lə matç üçün nəzərdə tutulmuş 1 manatlıq biletlər növbəli şəkildə satışa çıxarılır. Hazırda satışa çıxarılmayan 5 və 25-ci sektorların biletləri sabah oyunun başlamasına 3 saat qalmış - saat 17:00-dan etibarən satışa çıxarılacaq.

Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"-"Kopenhagen" oyunu üçün biletlərin əksəriyyəti satılıb. Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Bununla belə, klubun saytı elan edib ki, "Kopenhagen"lə matç üçün nəzərdə tutulmuş 1 manatlıq biletlər növbəli şəkildə satışa çıxarılır. Hazırda satışa çıxarılmayan 5 və 25-ci sektorların biletləri sabah oyunun başlamasına 3 saat qalmış - saat 17:00-dan etibarən satışa çıxarılacaq.

Bunun da səbəbi biletlərin "qara bazar"a ötürülməsinin qarşısını almaqdır. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a bildirib ki, 5 və 25-ci sektor üçün biletlər təxminən 1000-ə yaxındır. Beləliklə, bu biletlər də satılıb qurtardıqdan sonra sabahkı "Qarabağ"-"Kopenhagen" oyununu stadionda ümumilikdə 30 min 700-dən çox tamaşaçı izləyəcək. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31