Həvəskarların üzgüçülük yarışı keçiriləcək
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, “Olimpiya dünyası” qəzeti və “Sportsman” jurnalının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunacaq həvəskarların üzgüçülük yarışı keçiriləcək.
14 Avqust 2017 19:00 İdmanAzərbaycan İdman Jurnalistləri Assosiasiyası, "Olimpiya dünyası" qəzeti və "Sportsman" jurnalının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunacaq həvəskarların üzgüçülük yarışı keçiriləcək.
Trend-in məlumatına görə, yarış, avqustun 19-u, saat 11:00-da "Fairmont" hotelin "ESPA" sağlamlıq mərkəzində keçiriləcək. Turnirin qaliblərinə və xüsusi fərqlənənlərə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.
Yarış, çay dəstgahı və 80-90-cı illərin diskotekası ilə tamamlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31