Gündəm
Terror sosial şəbəkələrdə təbliğ olunur
Türkiyənin Kayseri vilayətində sosial şəbəkədə fəaliyyət göstərən terror qruplaşması ifşa olunub. “Olaylar” bildirir ki, PKK üzvü olan qruplaşmanın 9 üzvü həbs olunub. Qruplaşmanın sosial şəbəkə vaistəsilə terror təşkilatlarını, onların fəaliyyətlərini təbliğ etdikləri məlum olub.
Tələbə adı qazanan abiturientlərin qeydiyyatına start verildi
Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
"Qalatasaray" transferini açıqladı - 23,5 milyon avro
"Qalatasaray" yeni transferini rəsmən açıqlayıb. İstanbul klubu "Vest Hem"dən Sofiane Fequlini heyətinə qatıb. Əlcəzair yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. "Qalatasaray" bu transferə görə "Vest Hem"ə 4 milyon 250 min avro ödəyib.
5 yaşlı qıza təcavüz etdi, sonra ...
Yəmənin paytaxtı Sənada yaşayan 22 yaşlı Hüseyn əl-Sakit azyaşlı qıza təcavüz edib. Cinayətkar 5 yaşlı qıza təcavüz etdikdən sonra onu öldürüb.
Kəşfiyyat düşmən ölkəyə girdi: Putin İrəvana ordu yeridə bilər – Ermənistanda SİYASİ DÖYÜŞ
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatıb. Bu barədə erməni politoloq, şərqşünas Karine Qevorqyan deyib. Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır, əvəzində Qərb onun yerini doldurur: “Ermənistanda bir çox fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edir. Bu halda Amerikadakı erməni icmasının da rolu böyükdür. Bu gün Ermənistan Maydan dövrünün Ukraynasını xatırladır”.
Donald Tramp: “Üzüntü içindəyəm”
ABŞ Prezidenti Donald Tramp Şarlottasvil şəhərində irqçilərin və onlara müxalif olan qrupların qarşudurmasının ardınca açıqlama verib. Prezident kuklusklançılar, faşist tərəfdarları və ağların üstün olduğunu düşünənlər və onlara nifrət bəsləyən insanların Amerikanın dəyərlərinə qarşı çıxdığını deyib. O, irqçilik edən insanları şeytan adlandırıb və onları quldurluqda ittiham edib. Əvvəlki açıqlamalarında da irqçiliyə qarşı olduğunu söyləyən Tramp bu dəfə ən sərt şəkildə nifrəti və şiddəti qınadığını, ölkəsində bu cür münasibətlərə yer olmadığını dilə gətirib.
12 nəfər həbs olundu
Türkiyənin Adana şəhərində icazəsiz nümayiş təşkil edən və terror təşkilatına üzv olanlara qarşı Şəfəq əməliyyatı həayata keçirilib. “Olaylar” bildirir ki, əməliyyat öncədən təyin olunmuş 15 ayrı ünvanda aparılıb.
Məşhur ulduz ad gününü Bakıda qeyd edəcək
Rusiyanın “qızıl səsi” və Xalq Artisti Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsertlə qeyd edəcək. "Olaylar" bildirir ki, musiqi gecəsi oktyabrın 15-də “Baku Crystall Hall”da olacaq. Unikal, parlaq və möhtəşəm yubiley şousu "İqra” adlanacaq. Müğənninin istedadının pərəstişkarlarını irihəcmli dekorasiyalar, fantastik kostyumlar, unudulmaz səhnə effektləri gözləyir. Proqrama onun hamı tərəfindən sevilən məşhur hitləri yanaşı, tamamilə yeni kompozisiyaları daxildir.
Fransada 1 nəfər həlak oldu 12 nəfər yaralandı
Fransada avtomobil pizza kafesinə çırpılıb. "Olaylar" Milliyet" - ə istinadən bildirir ki, hadisə Paris yaxınlığındakı Sena və Marna departamentində, Set Sor kommunasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb, daha 12 nəfər xəsarət alıb. Ölən şəxsin gənc qız olduğu bildirilir.
Pivə haqqında bilmədiyimiz 5 MARAQLI FAKT
Dahi Nizaminin belə bir kəlamı var: "Bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da". Tədqiqatçıların fikrinə əsasən, pivəni lazımi qədər içdikdə sağlamlıq üçün faydası toxuna bilər. Qəribədir?
İki gənc itə belə əziyyət verdi - VİDEO
Bir neçə gün əvvəl İmişlidə inəyə işgəncə verilən görüntülər sosial şəbəkələrdə yayılmışdı. Buna münasibət də birmənalı olmamışdı. Amma görünür hələ də bu kimi hallardan ibrət götürməyənlər var. İndi sizə təqdim etdiyimiz görüntülərə də diqqətlə baxın. İti çimərliyə gətirib, onu quma basdırırlar.
Alimlər elektrik enerjisinin əldə edilməsi üçün sürətli üsul icad ediblər
Silahlı qüvvələr dövlətin nəzarətindədir və onun inkişafına ciddi diqqət verilir. Bu yaxınlarda ABŞ ordusunun laboratoriyasının alimləri tərəfindən hazırlanmış maddə az müddət ərzində kifayət qədər elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir. Alimlər ABŞ ordusunun elmi-tədqiqat laboratoriyasında sınaqlar zamanı çox güclü reaksiyanın şahidi olublar: alüminium əsaslı nanoqalvanik tozun su ilə qarışdırılması zamanı güclü qaynama müşahidə olunub. Məlum olub ki, buna səbəb olan hidroliz nəticəsində su oksigen və hidrogen elementlərinə parçalanıb.
İndi unikal funksiyalara malik “Samsung Internet” brauzeri əlçatandır
Cari ilin martında istifadəçilərin xahişini nəzərə alan Cənubi Koreya istehsalçısı “Pixel” və “Nexus” smartfonları üçün “Samsung Internet” brauzerinin beta-versiyasını çıxarıb və indi bütün “Android” istifadəçiləri bu proqramı quraşdıra bilərlər. Sözügedən brauzer “Chromium” mühərriki əsasında işləyir və unikal funksiyalara malikdir. “Chromium” mühərriki əsasında işləyən istənilən brauzerdə mövcud olan sinxronlaşdırma və məxfilik rejimindən başqa “Samsung Internet” brauzeri rahat oxumaq üçün yüksək kontrast rejimini, “Bluetooth” və “WebVR” standartını dəstəkləyir. “Samsung” şirkəti istifadəçiləri zəhlətökən reklamdan uzaq tutmaq, veb səhifələrin yükləməsini sürətləndirmək üçün daxili məzmun bloklama funksiyası əlavə ediblər.
Şəffaflığı dəyişdirilən pəncərələr yaradılıb
Amerikalı alimlər düyməyə sıxmaqla tamamilə şəffaf olan, yaxud günəş işığının qarşısını alan şüşənin yaradılması üçün yeni texnologiya təklif ediblər. Hazırda şəffaflığı dəyişdirilə bilən "ağıllı" pəncərələr mövcuddur və sərnişinlər bəzi “The Boeing 787 Dreamliner” hava gəmilərində düyməyə sıxmaqla öz illüminatorlarının şəffaflığını dəyişdirə bilirlər. Bu cür həllər şüşənin qatları arasında çəkilmiş xüsusi geldən istifadə nəticəsində mümkün olur: elektrik enerjisinin verilməsi şəffaflığı dinamik dəyişdirməyə imkan verir. Digər tərəfdən, bu yanaşma kifayət qədər baha başa gəlir, şəffaf vəziyyət keçid 20 dəqiqəyə kimi vaxt alır və gel isə vaxt keçdikdə öz xüsusiyyətini itirir.
“Google Play” mağazasında casus proqram aşkar edilib
“Lookout” şirkətinin mütəxəssisləri “Google Play” mobil proqramlar mağazasında casus proqram aşkar ediblər. Ekspertlərin sözlərinə görə, hakerlər “Android” mobil əməliyyat sistemi istifadəçiləri üzərində nəzarət imkanına malik olmaq üçün bu proqramı “Google Play” mağazasına bilərəkdən yükləyiblər. Ümumilikdə “SonicSpy” proqram təminatının üç casus versiyası aşkar edilib. “Soniac”, “Troy Chat” və “Hulk Messenger” təhlükəli proqramlar hesab edilib.













