Gündəm

Serj Sarkisyan təcili iclas çağırdı

15 Avqust 2017 11:44

Ermənistan prezidenti Serj Sarkisyan ölkədə vüsət alan yanğınlardan dolayı bir neçə nazirliyin iştirakı ilə iclas çağırıb.  Xosrov parkındakı yanğınla bağlı çıxış edən fövqəladə hallar naziri David Tonoyan yanğının neytrallaşdırılması üçün addımların atıldığını deyib.

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib

15 Avqust 2017 11:41

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib. Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluğa işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.

Almeyda: "Bizi asan olmayan oyun gözləyir"

15 Avqust 2017 11:30

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda Danimarka "Kopenhagen"ni qəbul edəcək. "Qarabağ"ın futbolçusu Riçard Almeyda qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Bizi asan olmayan oyun gözləyir. Artıq rəqib barədə məlumatımız var. Onların 4-4-2 sistemi ilə oynadığını bilirik. Səbrli oynamalıyıq. Əvvəlki formamda olmadığımı qəbul edirəm. Həm fiziki, həm də texniki cəhətdən. Lakin bu, yaşla və ya çempionatın səviyyəsi ilə bağlı yox, qasıq nahiyəmdəki zədə ilə əlaqədardır. Artıq əvvəlki formamı bərpa etmək üzrəyəm".

İran yaxın saatlarda... – Moskva müharibə ANONSU VERDİ

15 Avqust 2017 11:29

ABŞ sanksiyaları genişləndirməkdə davam edərsə, İran sayılı saatlarda nüvə proqramı üzrə razılaşmadan çıxa bilər.  Bunu İran prezidenti Həsən Ruhani deyib. “Sanksiyalar üzrə uğursuz təcrübə ABŞ-ın əvvəlki administrasiyasını danışıqlar stolu arxasına gətirib çıxardı. Onlar bu təcrübəyə qayıtmaq istəyirlərsə, şübhəsiz ki, biz qısa vaxtda, həftələr və ya aylar deyil, yaxın günlər və saatlarda əvvəlki vəziyyətimizə qayıdacağıq”, - İran prezidenti bildirib.

Tanınmış milyarder həyat yoldaşını boşadı

15 Avqust 2017 11:25

Rusiyalı oliqarx Roman Abramoviç həyat yoldaşı Daşa Jukovadan ayrılıb. Cütlük ayrıldığını sosial şəbəkədə elan edib. Onlar ayrılsalar da, dostluq münasibətlərini davam etdirdiklərini bildirib. Stil ikonası kimi tanınan Daşa Jukova ilə iş adamı boşanması haqqında rəsmi məktubda bunlar yazıb: “10 illik birgə həyatdan sonra bizim üçün ayrılıq qərarını qəbul etmək asan olmadı, amma hələ də iki gözəl uşaqların valideynləri və yaxın dost olaraq qalırıq. Həmçinin birgə həyata keçirdiyimiz layihələrin tərəfdaşı olmağa davam edəcəyik. Biz uşaqlarımızın tərbiyəsilə birlikdə məşğul olacaq, Moskvada müasir incəsənət Muzeyi “Qaraj" və Hollandiyada mədəniyyət mərkəzinin fəaliyyətini davam etdirmək niyyətindəyik.

Rəqsanənin 1 milyonluq saxtakarlığı ÜZƏ ÇIXDI: sən demə... - FOTOFAKT

15 Avqust 2017 11:18

Tanınmış müğənni Rəqsanə İsmayılova instaqram iki şəxsi hesab işlətməsi ilə diqqət çəkib. Bir neçə ildir “raksana_official” hesabını işlədən ifaçının bu hesabındakı orijinal izləyici sayı 320 min nəfərdir. Cəmi dörd gündür işlətməyə başladığı “raksana_ismayilova” hesabında isə müğənninin 1.1 milyon nəfər izləyicisi var. Çox maraqlıdır ki, hər bir fotoya gələn “like” sayı isə 1200 nəfərdən artıq olmur.

Ruhani: İran Nüvə proqramı üzrə Sazişdən çıxa bilər

15 Avqust 2017 11:15

ABŞ sanksiyaları genişləndirməyə davam edərsə, İran Nüvə proqramı üzrə Sazişdən çıxa bilər.  Bunu İran Prezidenti Həsən Ruhani bəyan edib. H.Ruhani qeyd edib: "Əgər onlar uğursuz sanksiya təcrübəsinə qayıtmaq istəsələr, biz həftə və ya ay, hətta bir neçə gün və saat ərzində əvvəlki vəziyyətimizə qayıdacağıq".

Türkiyədə yol qəzasında 2 Azərbaycan vətəndaşı ölüb

15 Avqust 2017 11:13

Türkiyənin İğdır vilayətində Azərbaycan vətəndaşı, Naxçıvan MR sakininin idarə etdiyi avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Qəzada ölənlərin ikisi Naxçıvan sakinidir. Xəsarət alanlar İğdır şəhər xəstəxanasına yerləşdiriliblər. Ölən və yaralanan şəxslərin adları açıqlanmır. Yol qəzası ötən gün axşam saatlarında baş verib.

"Dövlət proqramı tütünçülüyün inkişaf planını konkretləşdirəcək"

15 Avqust 2017 11:07

“Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət proqramı bu sahənin inkişaf planını konkretləşdirəcək və çatışmayan infrastrukturu yaratmağa imkan verəcək”. Bu fikirləri  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun vaxtı uzadılıb

15 Avqust 2017 11:05

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.

Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu başlayır

15 Avqust 2017 11:04

Avqustun 15-də məktəbəhazırlıq qruplarına məktəblərdə uşaqların sənədlərinin qəbulu başlayır. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına elektron sistemdə qeydiyyatı aparılmış uşaqların sənədlərinin qəbulu avqustun 15-dən sentyabrın 20-dək  həyata keçiriləcək.

Ermənilər 128 dəfə atəşkəs rejimini pozub

15 Avqust 2017 11:02

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.

41-ci Dünya Skaut Konfransının iştirakçıları Binəqədi rayonunun qonağı olublar 

15 Avqust 2017 11:01

Dünya Skaut Komitəsinin Bakıda keçirilən 41-ci konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu çərçivəsində Xəzərin Binəqədi rayonunun inzibati ərazi vahidinə daxil olan sahillərində kamp düşərgəsi quran dünya skautlarının açıq məkan tədbirinə 120 ölkədən 300 nəfərə yaxın iştirakçı qatılıb.

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

15 Avqust 2017 10:59

Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 16 m² sahədə qismən yanmış və plastik qapı ərimişdir. 

YARATda təqdimat

15 Avqust 2017 10:56

Avqustun 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində məşhur amerikalı yazıçı və pianoçu Culiya Kameronun “Rəssamın yolu” kitabının təqdimatı olacaq. “Olaylar” bildirir ki, tədbirdə C.Kameronun pərəstişkarı, tanınmış gənc yazıçı Sabina Vəlibəyova kitabla bağlı iştirakçıların suallarını cavablandıracaq.