Almeyda: "Bizi asan olmayan oyun gözləyir"
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda Danimarka "Kopenhagen"ni qəbul edəcək. "Qarabağ"ın futbolçusu Riçard Almeyda qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Bizi asan olmayan oyun gözləyir. Artıq rəqib barədə məlumatımız var. Onların 4-4-2 sistemi ilə oynadığını bilirik. Səbrli oynamalıyıq. Əvvəlki formamda olmadığımı qəbul edirəm. Həm fiziki, həm də texniki cəhətdən. Lakin bu, yaşla və ya çempionatın səviyyəsi ilə bağlı yox, qasıq nahiyəmdəki zədə ilə əlaqədardır. Artıq əvvəlki formamı bərpa etmək üzrəyəm".
15 Avqust 2017 11:30 İdman"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda Danimarka "Kopenhagen"ni qəbul edəcək. "Qarabağ"ın futbolçusu Riçard Almeyda qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Bizi asan olmayan oyun gözləyir. Artıq rəqib barədə məlumatımız var. Onların 4-4-2 sistemi ilə oynadığını bilirik. Səbrli oynamalıyıq. Əvvəlki formamda olmadığımı qəbul edirəm. Həm fiziki, həm də texniki cəhətdən. Lakin bu, yaşla və ya çempionatın səviyyəsi ilə bağlı yox, qasıq nahiyəmdəki zədə ilə əlaqədardır. Artıq əvvəlki formamı bərpa etmək üzrəyəm".
Qeyd edək ki, bu gün keçiriləcək oyun saat 20:00-da başlayacaq. Goal.az