Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 16 m² sahədə qismən yanmış və plastik qapı ərimişdir. 

Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 16 m² sahədə qismən yanmış və plastik qapı ərimişdir. Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən təxliyyə edilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31