41-ci Dünya Skaut Konfransının iştirakçıları Binəqədi rayonunun qonağı olublar 

Dünya Skaut Komitəsinin Bakıda keçirilən 41-ci konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu çərçivəsində Xəzərin Binəqədi rayonunun inzibati ərazi vahidinə daxil olan sahillərində kamp düşərgəsi quran dünya skautlarının açıq məkan tədbirinə 120 ölkədən 300 nəfərə yaxın iştirakçı qatılıb.

Dünya Skaut Komitəsinin Bakıda keçirilən 41-ci konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu çərçivəsində Xəzərin Binəqədi rayonunun inzibati ərazi vahidinə daxil olan sahillərində kamp düşərgəsi quran dünya skautlarının açıq məkan tədbirinə 120 ölkədən 300 nəfərə yaxın iştirakçı qatılıb.  "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Skautlar Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan tədbir zamanı skautların 24 saat ərzində asudə vaxtlarını səmərəli şəkildə təşkil etmək üçün müvafiq şərait yaradılıb. Təşkil olunan düşərgədə qonaqları Binəqədi rayonunun fəal gəncləri qarşılayaraq onlara rayonun adından xatirə hədiyyələri təqdim etmişdir. Daha sonra qonaqlar nahara dəvət edilib. Xəzərin sahillərində düşərgə quran skautlar bir neçə idman növü, Holi rəng festivalı kimi maraqlı aktivitələr ilə məşğul olmuşdur. Daha sonra tədbir musiqili-əyləncəli proqram ilə davam edib.

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevral ayında Dünya Skaut Hərəkatı Təşkilatının əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürmüşdür. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.

Qeyd edək ki, 2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31