Əkbər Qoşalı: ““Ermənistan dövləti” və “pozuculuq” bir-birinə yaraşan sözlərdir”

“Ermənistan dövləti” və “pozuculuq” bir-birinə ən çox yaraşan sözlərdir. Ermənistanın dövlət səviyyəsində törətdiyi pozuculuq hərəkətləri (və pozuculuğa xidmət edən hərə¬kətsizlikləri) acizliyin, sağlam mübarizə apara bilməməyin təzahürüdür. Sən həm elan olunmamış müharibə başladasan həm günahı müharibə açdığın ölkənin, xalqın üzərinə yıxasan”. Bunu  Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib.

"Ermənistan dövləti" və "pozuculuq" bir-birinə ən çox yaraşan sözlərdir. Ermənistanın dövlət səviyyəsində törətdiyi pozuculuq hərəkətləri (və pozuculuğa xidmət edən hərə¬kətsizlikləri) acizliyin, sağlam mübarizə apara bilməməyin təzahürüdür. Sən həm elan olunmamış müharibə başladasan həm günahı müharibə açdığın ölkənin, xalqın üzərinə yıxasan". Bunu  Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, bu üsul deyil, qayda deyil: "Min bir hoqqa ilə - gah qarın ağrısı, gah kiminsə qaynanasının ölümü bəhanəsi ilə, gah da nə ilə, kim ilə dialoqdan, sülh danışıqlarından qaçmaqla birgəyaşayış norması ödənmir, xalqlararası hüquq qorunmur..! - Bunlar özünə hörmət qoyan dövlətə yaraşan işlər deyil. Bu oyunbazlıqlar qondarma "dövlət" atributlarının qəhrəman əsgərlərimizin ayaqqabısı altında qaldığı günü, Xankəndində Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikasının səsinin eşidiləcəyi günü daha da yaxınlaşdırır.

Bəs "Azərbaycana qarşı müharibə etməməsi nədən xəbər verir?" deyə soruşursuz, bunun bir neçə səbəbi vardır:

Düşmən öz üzərindəki "elanolunmamış müharibə başladan tərəf" statusundan qurtulmaq istəyir ( - hansı ki, bu mümkün olan məsələ deyil);

Silahlı Qüvvələrimizin gücünü bilir və ciddi şəkildə çəkinirlər - siz baxmayın, erməni generalları aradabir sərsəm açıqlamalar verir, həmin o, soyqırım iştirakçısı olan, əli körpələrin, qocaların, qadınların qanına bulaşmış o ləyaqətsiz generallar yaxşı bilir, bugün kim nəyə qadirdir..!

Azərbaycan dövlətinin ordu quruculuğu ilə yanaşı, diplomatiya sahəsində də əldə etdiyi uğurlar, haqq səsimizin dünyaya getdikcə daha geniş, daha dərindən çatdırılması erməni məkrini işləməz hala gətirir, necə deyərlər, "şifrələri çözülür". Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatını əzici şəkildə üstələməsi də, dediyimiz şəkillənməni ortaya çıxan səbəblər içindədir; Dünyada, bölgəmizdə baş verən proseslərdən 100 il hiyləgərliklə istifadə edib, başqa ölkələrin maraqlarına uzlaşıb, bizim torpaqlarda özlərinə qondarma dövlət quranlar, 80 il, 70 il, 25-30 il öncə yenə başqa maraqlara uyğunlaşıb xalqımıza ağır zərbə vuranlar elə başa düşür, bu yaramaz "ənənə"ni davam etdirə biləcəklər. Əsla!

Bugün müstəqil Azərbaycan dövləti, müdrik dövlət başçımız, sadiq qardaşlarımız, etibarlı dostlarımız, dünyadakı tərəqqipərvər insanlar və bizimlə könüllü ya könülsüz hesablaşmağa məcbur olanlar, növbəti erməni məkrlərini, hiylələrini neytrallaşdırmaqla, onları idiot vəziyyətinə gətirməkdədir.

Bax, bütün bu və bu kimi amillər də, düşmən dövləti çaş-baş salır, gah sülh danışıqlarına tərəfdar kimi görünür, gah bizi ittiham edir; gah qorxudur gah qorxur; gah diversiya hazırlayır gah diversantlarının öldürülməsi faktlarını gizlədir və s.

Neynəsələr də, haqq nazilsə də, üzülməz! Əlbəttə, bunu nə qədər tez anlasalar, hamı üçün o qədər yaxşı olar. İlk növbədə, demoqrafik durumu ağır sual və nida işarələri altına düşən, özü başqa bir dövlətin oyuncağı olan "Ermənistan dövləti" üçün! Təbii, biz düşmənin zəif yönlərindən arxayın olmamalıyıq və arxayın da deyilik. İnanıram ki, biz düşmənlə bağlı ən pis ssenariləri önləmək əzmindəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31