Növbəti xəbərdarlıq: Nüvə müharibəsi başlaya bilər

Bunu “Märkische Allgemeine Zeitung” nəşrinə müsahibəsində Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Nüvə müharibəsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran nazir deyib: “O, istisna deyil.

Şimali Koreya ətrafındakı mövcud münaqişə nüvə müharibəsinə gətirib çıxara bilər.
Bunu "Märkische Allgemeine Zeitung" nəşrinə müsahibəsində Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Nüvə müharibəsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran nazir deyib: "O, istisna deyil. Amma müharibədə adi silahların tətbiqi çoxlu sayda insanın həyatına son qoyacaq" - deyə nazir bildirib. Z. Qabriel ABŞ və Cənubi Koreyanı avqustun 21-də planlaşdırılan hərbi təlimi mümkün qədər az təhrikedici formada keçirməyə çağırıb. O, qeyd edib ki, əks halda Şimali Koreya bu təlimləri bəhanə edərək Quam adasına orta mənzilli raketlərlə zərbə endirmək kimi yeni təxribatlara əl ata bilər. Bundan başqa, nazir kansler Angela Merkelin NATO ölkələrinin silah arsenalının artırılması üzrə tələbləri ilə bağlı mövqeyini tənqid edib. O, qeyd edib ki, Bundestaqa keçirilən seçkilər bu məsələdə həlledici olacaq. AzVision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31