Dövlət fikir və söz azadlığının qarantıdır

Azərbaycan mətbuatının şanlı tarixi, zəngin ənənələri var. Milli mətbuatımız 142 ildir ki, cəmiyyəti maarifləndirir, insanları ən son yeniliklərlə tanış edir. Təbii ki, zaman dəyişdikcə mətbuatın da missiyası dəyişir, kütləvi informasiya vasitələri müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırlar. Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra milli mətbuatımız qısa müddət ərzində böyük inkişaf yolu keçdi. Hazırda Azərbaycanda çox güclü media orqanları var.

Azərbaycan mətbuatının şanlı tarixi, zəngin ənənələri var. Milli mətbuatımız 142 ildir ki, cəmiyyəti maarifləndirir, insanları ən son yeniliklərlə tanış edir. Təbii ki, zaman dəyişdikcə mətbuatın da missiyası dəyişir, kütləvi informasiya vasitələri müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırlar. Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra milli mətbuatımız qısa müddət ərzində böyük inkişaf yolu keçdi. Hazırda Azərbaycanda çox güclü media orqanları var. Onlar müxtəlif holdinqlərdə birləşiblər. Orta və yaşlı nəsli təmsil edən həmkarlarım danışırlar ki, ötən əsrin 90-cı illərində KİV redaksiyaları daimi iş yeri sayılmırmış. Hətta ən çox oxunan qəzetin də bir gecədə bağlanmaq təhlükəsi varmış. İndi isə durum fərqlidir. Jurnalistlər KİV redaksiyalarına daimi iş yeri kimi baxa bilir, həvəslə yazıb-yaradırlar. Sözsüz ki, burada dövlətin mətbuata göstərdiyi qayğının böyük rolu var.

Azərbaycanda fikir və söz azadlığına necə böyük önəm, dəyər verildiyi ümummilli lider Heydər Əliyevin  1998-ci il, 6 avqust tarixində imzalamış olduğu Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında fərmanda öz əksini tapır. Fərmanda qeyd olunurdu ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi  kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür.

Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə  çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan  azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir.

Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən  Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və  sazişlərə qoşulmuşdur.

Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad  fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya  şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə  duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən  faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır.

Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə  edilməsi sahəsində müəyyən problemlər də mövcuddur ki, onların həlli istiqamətində ardıcıl tədbirlər tələb olunur. Problemlərdən bir  Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarənin fəaliyyəti ilə  bağlıdır. Bu idarə sovet hökuməti vaxtında - 27 oktyabr 1966-cı ildə yaranmış və Azərbaycanın bütün informasiya vasitələri üzərində  senzura fəaliyyəti həyata keçirmişdir. 1990-cı ilə dekabr ayının 5-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə onun yeni əsasnaməsi  təsdiq edilsə də, əslində bu idarənin fəaliyyətində heç bir ciddi dəyişiklik baş verməmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci il aprel ayının 12-də prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə  hərbi senzura tətbiq etmək adı altında bu idarənin mətbuat üzərində nəzarəti daha da gücləndirilmişdir. Bundan sonra 15 aprel 1993-cü ildə  Azərbaycan Respublikası prezidenti Ə. Elçibəyin sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid  edilərək, jurnalistlərin sərbəst informasiya fəaliyyəti tam məhdudlaşdırılmış və idarənin fəaliyyəti daha da sərtləşdirilmişdir.

Sonrakı illərdə "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanunu qəbul edilmədiyindən bu idarənin fəaliyyətində əsaslı dəyişiklik  baş verməmişdir. 15 noyabr 1996-cı ildə "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edildikdən sonra idarənin iş  metodlarında ciddi dəyişikliklər aparılmışdır. Buna baxmayaraq bu idarə öz fəaliyyətini yeni şəraitə uyğun qura bilməmişdir.

Lakin Azərbaycanda mətbuatın problemi təkcə bu deyil. Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi  mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynalxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki  vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və  inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir.

Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına  qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq,  mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər  görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşları vətənpərvərliyi yüksək vətəndaşlıq  məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan  qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə  olmalıdır.

Əminliklə deyə bilərik ki, günümüzdə Azərbaycanda söz və mətbuat azadlığı, fikir plüralizmi ən yüksək səviyyədə təmin olunub. Bizim ölkəmizdə insanlar öz düşüncələrini sərbəst şəkildə ifadə edə, onları narahat edən problemləri asanlıqla ictimailəşdirə bilirlər. Azərbaycanda hakimiyyətə alternativ olan siyasi qüvvələrin öz mətbu orqanları var. Söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunduğu üçün müxalifyönümlü mətbuatın fəaliyyətinə heç bir mane yoxdur. Əvvəlki illərdən fərqli olaraq, indi dövlət qurumları da mətbuatla əməkdaşlığa xüsusi diqqət yetirir. Bu isə jurnalistlərin onlara lazım olan məlumatları vaxtında əldə etməsini asanlaşdırır.

Bu gün mətbuata yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin normal şəkildə fəaliyyəti üçün hər bir şərait yaradır, ona dəstək durur.  

Ölkədə fəaliyyət göstərən əksər kütləvi informasiya vasitələri bu gün milli maraqlardan çıxış edərək dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirirlər. Çünki bu gün dövlətimiz, şəxsən Cənab Prezident İlham Əliyev də KİV-lərə, mətbatın inkişafına xüsusi diqqət ayırır. Azərbaycan Prezidentinin müvafiq sərəncami ilə 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəi Fondunun yaradılması, sözügedən fondin ayrıdığı maliyyə yardımı hesabına mətbu orqanların öz maddi-texniki bazasını gücləndirməsi bunların əyani sübutudur. Bundan başqa 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün yaşayış binasının istifadəyə verilməsi, bütünlükdə dövlətin, dövlət başçısının medianın inkişafına göstərdiyi diqqət və qayğının göstəricisidir. Bütün bunlar eyni zamanda Azərbaycan hakimiyyətinin azad söz, müstəqil mətbuat, söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində atmış olduğu addımların tərkib hissəsidir.  Bu il Milli Mətbuatın ildönümündə isə dövlət başçısının iştirakı ilə jurnalistlər üçün yeni yaşayış binasının açılış mərasimi keçirildi və 256 mənzil jurnalistlərə, kütləvi informasiya vasitələri nümayəndələrinə pulsuz paylanıldı. Və daha bir binanın təməli qoyuldu.

Ümumiyyətlə, yuxarıda qeyd edilən bütün məqamlar onu deməyə əsas verir ki, bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Kütləvi informasiya vasitələrində sərbəst şəkildə fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar var. Təbii ki, bütün bu imkanlar mətbuata, kütləvi informasiya vasitələrinə məhz Cənab Prezident tərəfindən yaradılıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31