Yunanıstanda dəhşətli YANĞIN

Yunanıstanın ən məşhur turizm məntəqələrindən biri Kalamosda güclü yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, böyük sahəyə malik meşənin artıq kül olduğu bildirilir. Yunanıstan rəsmiləri digər meşə sahələrinə keçid alan yanğını nəzarətə almaqda çətinlik çəkdiklərini açıqlayıblar.

Yunanıstanın ən məşhur turizm məntəqələrindən biri Kalamosda güclü yanğın hadisəsi baş verib. "Olaylar" bildirir ki, böyük sahəyə malik meşənin artıq kül olduğu bildirilir. Yunanıstan rəsmiləri digər meşə sahələrinə keçid alan yanğını nəzarətə almaqda çətinlik çəkdiklərini açıqlayıblar.
Ərazidə çoxlu sayda könüllü yanğınsöndürənlər fəaliyyət göstərir. Təxminən 15 km məsafədə yerləşən yanğın iki istiqamətdə davam edir. Əraziyə 70 xilasetmə maşını və su tankerləri cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31