Gündəm

Demet Akalın Bakıya gəlir

14 Avqust 2017 14:07

Türkiyəli müğənni Demet Akalın Bakıya gəlir.  İfaçı bu haqda Tvitter səhifəsində yazıb. O bildirib ki, payızda konsert turnesinə çıxır. Demet "Boş günüm yoxdur. Payız konsertlərinin vaxtı yaxın günlərdə açıqlanacaq. Bakıdan Amsterdama qədər... Kuşadası, gözlə məni..." deyə, bildirib. 

Türkiyədə POLİS GEYİMİNDƏ TERRORÇULAR peyda oldu

14 Avqust 2017 14:06

Adana polisləri, 15 avqustda bombalı və silhalı hücum planlaşdıran 12 terrorçunun bir villada gizləndiyi barədə məlumatdan sonra basqın həyata keçirib.  Basqın zamanı 12 ədəd "Kalaşnikov", 12 polis uniforması, 24 ədəd əl bombası, min ədəd güllə, 1.5 ton ammonium nitrat, 300 kiloqram mismar ələ keçirilib. 

Dünya Skautlarının liderləri 41-ci Ümumdünya Skaut konfransı üçün Bakıya toplaşır

14 Avqust 2017 14:03

40 milyon skautu təmsil edən Milli Skaut Təşkilatlarının liderləri 41-ci Ümumdünya Skaut konfransı çərçivəsində avqustun 14-də Bakıda toplaşır. Bakı Konqres mərkəzində baş tutacaq və avqustun 18-dək davam edəcək tədbir Ümumdünya Skaut Hərəkatı Təşkilatları Assosasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. 

Putin buranı ələ keçirərsə.... - Yüz minlik qoşunla HÜCUM HAZIRLIĞI

14 Avqust 2017 13:58

“Qərb-2017” hərbi təlimlərdə iştirak edəcək birinci Rusiya əsgərləri artıq Belorusa gəliblər. Amma Qərbin həyacan siqnalı çoxdan çalınıb. Planlaşdırılmış birgə Rusiya-Belarus təlimləri regionda güclü qorxu yaradıb. Ukrayna, Polşa, həmçinin Baltikyanı ölkələr özlərini təhdid altında hiss edir. Amma Moskvanın məntiqinə görə bu təlimlər lazımdır, çünki Moskva NATO təhlükəsini yenidən görür.

5 yaşlı qıza təcavüz edəni krandan asdılar

14 Avqust 2017 13:57

Yəmənin paytaxtı Sanada 5 yaşlı qıza təcavüz edən şəxs Tahrir meydanında edam edilib. Əlləri arxadan bağlanan şəxs krandan asılaraq edam edilib.

Azərbaycanda 6 saat internet olmayacaq

14 Avqust 2017 13:43

"Aztelekom” MMC "aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.

"Ehtiyacı şəhərin ömrü boyu kəndə olub..." - Röya köhnə qalmaqalı alovlandırdı

14 Avqust 2017 13:39

Müğənni Röya Ayxanın sosial şəbəkə hesabından etdiyi son paylaşım böyük maraq kəsb edib.  Xanım sənətçi studiyada mikrofon qarşısında əyləşən ahıl kişinin qarşısında çəkdirdiyi fotosunu paylaşıb. Müğənni böyüklərə olan ehtiramını göstərdiyi bu paylaşıma yazdığı şərhlə səngiməkdə olan "bakılı-rayonlu" qovğasını yenidən alovlandıra bilər.

Erməni lobbisi yenə iş başında

14 Avqust 2017 13:37

Son vaxtlar erməni lobbisinin fəaliyyət istiqamətində əsas hədəf Azərbaycanın bu və ya digər ölkələrlə əlaqələrinə zərbə vurmaq, təsir dairələrində olan siyasətçilər, media qurumları vasitəsilə Azərbaycan barədə həmin ölkədə mənfi rəy formalaşdırmaqdan ibarətdir. Bir müddət əvvəl Moskva-Bakı, son həftələr ərzində Azərbaycan-İran, indi isə Vaşinqton-Bakı əlaqələrinə kölgə salmağa çalışan erməni lobbisi bunun üçün bütün mümkün vasitələri işə salıb.  Hətta Azərbaycanı gözdən salmaq üçün milyonlarla vəsait xəcləməkdən belə çəkinmirlər.

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycana hansı təsirini göstərə bilər?

14 Avqust 2017 13:32

“ABŞ-ın Rusiyaya sanksiyaları Rusiyaya daha çox texnoloji, maliyyə bazarı, Rusiyanın energetika layihələrində iştirakına, Rusiya şirkətlərinin digər ölkələrin iri layihələrində iştirakı və sair bu kimi istiqamətlərdə təsir göstərir və göstərməkdə davam edəcək. Ümumiyyətlə, götürdükdə, eləcə də əgər məsələyə sadaladığımız kontekstdən yanaşsaq, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycan üçün elə bir ciddi təhlükə kəsb etmir”.

Miss Globe Beauty müsabiqəsinin qalibi qadın sığınma evində

14 Avqust 2017 13:28

2009 -cu ildə Miss Globe Beauty müsabiqəsində 1-ci yeri qazanan Banu Öztürk bir müddət türkiyədə məşhur simalardan idi. “Olaylar” bildirir ki, model, aktrisa kimi fəaliyyət göstərən Banu 2014 – cü ildə sahibkar İsmayıl A. ilə ailə qurur. 2015 – ci ildə oğlu dünya gələn model iki ildir ki, həyat yoldaşı tərəfindən şiddət gördüyünü bildirib.

Türkiyədə partlayış – 2 nəfər həlak oldu

14 Avqust 2017 13:27

Türkiyənin Hakkari vilayətinin Şemdinli bölgəsində partlayış qeydə alınıb. “Olaylar” bildirir ki,  partlayış zamanı iki nəfər həlak olub. Partlayışa səbəb PKK terrorçuları tərəfindən magistral yola yerləşdirilən əl bombasının işə düşməsi olub.

Yəhudi əsilli türk sevgilisi Adriana Lima üçün HAVAYA QALXDI

14 Avqust 2017 13:19

Əslən yəhudi olan türkiyəli terapevt Metin Hara Adriana Lima ilə görüşmək üçün Nyu-Yorka yollanıb. Bu barədə məşhur terapevt instaqramda məlumat verib. M.Hara modellə şəklini paylaşdığı fotoya “Yalnız bir gülümsəməyə şahidi olmaq üçün...” sözlərini qeyd edərək Amerikaya getdiyini bildirib.

Oyun vaxtı hakimlə zarafatlaşdı - VİDEO

14 Avqust 2017 13:17

Almaniya Kuboku çərçivəsində keçirilən "Xemnitzer" - "Bavariya" matçında maraqlı hadisə yaşanıb. Oyun vaxtı cərimə zərbəsini yerinə yetirməyə hazırlaşan fransız oyunçu Frank Riberi qadın hakimin ayaqqabı bağını açıb.

10 min kişi eyni vaxtda rəqs etdi - VİDEO

14 Avqust 2017 13:16

İndoneziyanın Açex vilayətində yeni dünya rekordu qeydə alınıb. Dünən vilayətin Qayo-Lus şəhərindki ən böyük meydanına toplaşan 10 min kişi eyni vaxtda "Saman" rəqsini ifa etməyə başlayıblar. Rəqqasların hamısı açeşni tayfasının mənsubları idilər. "Saman" rəqsi İndoneziyada ən populyar rəqslərdən biridir.

Leysan, dolu yağacaq: çaylarda sululuq da artacaq

14 Avqust 2017 13:14

Sabah Azərbaycan rayonlarında leysan olacağı, dolu düşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.