Erməni lobbisi yenə iş başında
Son vaxtlar erməni lobbisinin fəaliyyət istiqamətində əsas hədəf Azərbaycanın bu və ya digər ölkələrlə əlaqələrinə zərbə vurmaq, təsir dairələrində olan siyasətçilər, media qurumları vasitəsilə Azərbaycan barədə həmin ölkədə mənfi rəy formalaşdırmaqdan ibarətdir. Bir müddət əvvəl Moskva-Bakı, son həftələr ərzində Azərbaycan-İran, indi isə Vaşinqton-Bakı əlaqələrinə kölgə salmağa çalışan erməni lobbisi bunun üçün bütün mümkün vasitələri işə salıb. Hətta Azərbaycanı gözdən salmaq üçün milyonlarla vəsait xəcləməkdən belə çəkinmirlər.
14 Avqust 2017 13:37 SiyasətBu dəfə hədəf Vaşinqton-Bakı münasibətlərinə zərbə vurmaqdır
Son vaxtlar erməni lobbisinin fəaliyyət istiqamətində əsas hədəf Azərbaycanın bu və ya digər ölkələrlə əlaqələrinə zərbə vurmaq, təsir dairələrində olan siyasətçilər, media qurumları vasitəsilə Azərbaycan barədə həmin ölkədə mənfi rəy formalaşdırmaqdan ibarətdir. Bir müddət əvvəl Moskva-Bakı, son həftələr ərzində Azərbaycan-İran, indi isə Vaşinqton-Bakı əlaqələrinə kölgə salmağa çalışan erməni lobbisi bunun üçün bütün mümkün vasitələri işə salıb. Hətta Azərbaycanı gözdən salmaq üçün milyonlarla vəsait xəcləməkdən belə çəkinmirlər. Bu arada bir məqamı xüsusi qeyd etmək yerinə düşər ki, yeni Ağ Ev rəhbəri Donald Trampın bu ilin may ayında iki dəfə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə məktub ünvanlaması və məktubda Vaşinqtonun Bakı ilə əməkdaşlığa xüsusi önəm verməsinin əks olunması erməni lobbisi, eləcə də İrəvanda ciddi təşviş yaradıb. Ona görə də qeyd etdiyimiz kimi erməni lobbisi hazırda əsas fəaliyyəti Birləşmiş Ştatlarla Azərbaycan arasında əməkdaşlığa zərər gətirməyə yönəldib.
Elə Birləşmiş Ştatların Nümayəndələr Palatasının üzvü, konqresmen Frenk Pallone sentyabr ayında Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı yayılan xəbərlər də məhz bu məqsədə xidmət edir. Amerikalı konqresmenin erməni işğalı altında olan Dağlıq Qarabağa səfər istəyinin arxasında erməni lobbisinin maliyyəsinin dayandığı şübhə edilmir. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Frenk Pallone köhnənin ermənipərəstidir. Deməli Frenk Pallone işğal altındakı torpaqlarımıza qeyri-qanuni gələcək, ardınca Azərbaycanın Xarici İşlər Nazirliyi açıqlama yayacaq və bununla məsələ bitəcək. Politoloq hesab edir ki, bundan öncə isə iki iş görmək lazımdır: "Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Pallone ilə görüşməli və onun Qarabağa gəlişinin Rusiya-Ermənistan ittifaqına dəstək kimi anlaşılacağını və bunu Amerika ictimaiyyətinin diqqətinə çatdırılacağını xəbərdar etməlidir. Bu gün Rusiya ilə əlaqələr istənilən amerikalı siyasətçinin karyerasını sonlandıra bilər, Vaşinqtonda neçəsinin karyerası batdı. Ikincisi, səfirliyimiz elə etməlidir ki, Pallonedən əvvəl bir başqa amerikalı konqresmen əvvəlcə Bakıya gəlib Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməli, ardınca Cocuq Mərcanlı kəndinə səfəri və cəbhə xəttinə səfəri təşkil olunmalıdır. Bunlar olarsa Pallone və Amerikada onun kimi düşünənlərə ciddi siqnal göndərilmiş olacaq, əks halda deyinməkdən uzağa getməyəcəyik".
Təkamül Partiyasının sədri Teyyub Qəni də hesab edir ki, son vaxtlar okeanın o tayından erməni maraqlarına xidmət edən açıqlamalar gəlməkdədir. Partiya sədri bildirib ki, bu proseslərdə erməni hiyləsi görünməkdədir: "ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland son açıqlamasında Birləşmiş Ştatların ermənipərəst mövqeyinə sadiq olduğunu növbəti dəfə açıq şəkildə bəyan edib. O, "Amerikanın Səsi" radiosunun Azərbaycan və erməni dili versiyalarına açıqlamasında deyib ki: "İki silahlı tərəf bir-biri ilə qarşı-qarşıyadırsa, hərbi toqquşma ehtimalı həmişə var. Buna görə ilk növbədə təmas xəttindən snayperləri çıxarmaq, müşahidəçilərin sayını artırmaq və ərazidə xüsusi avadanlıq yerləşdirmək lazımdır".Göründüyü kimi, bu deyimin arxasında yenə də işğala haqq qazandırmaq, mövcud status-kvonu möhkəmləndirmək, işğalçı Ermənistanı deyil, işğala məruz qalan Azərbaycanı günahlandırmaq cəhdi durur. O, həm də qeyd edib ki, "Hazırki çətin şəriatdə təmas xəttinin tam demilitarizasiyasından danışmaq çətindir". Başqa sözıə, amerikalı həmsədr Riçard Hoqland Birləşmiş Ştatların təmas xəttinin tam demilitarizasiyasında maraqlı olduğuna, Azərbaycanın işğal faktı ilə barışmalı olduğuna işarə edib. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hələ çox iş görülməli olduğunu əlavə edən amerikalı həmsədr bundan sonra da Azrbaycana təzyiq kompaniyasının davam edəcəyinə işarə vurub. Hər şeydən göründüyü kimi, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin beynəıxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə deyil, ən az Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışır, həm də bunu təzyiq yolu ilə, Azərbaycanın razılığı ilə həyata keçirmək istəyir və bu məqsədlə açıq-gizli şəkildə Azərbaycana təzyiqi davam etdirir". Teyyub Qəni qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri özlərinin hegemon mövqeyindən çıxış edərək Azərbaycanın haqlı mövqeyini qulaq ardına vurur, beynəlxalq hüquq normalarına deyil, gücə istinad edirlər: "Amma unudurlar ki, Azərbaycan XX əsrin 90-cı illərinin Azərbaycanı deyil və ötən ilin aprel hadisələri bunu bir daha əyani şəkildə sübut etdi. Ona görə də, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, o cümlədən Birləşmiş Ştatlar, riyakar siyaəsətlərinə son qoymalı, mandatlarına uyğun olaraq ya münaqişənin beynəlxalq hüquq normaları əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışmalı, ya da könüllü şəkildə həmsədlikdən imtina etməlidirlər. Çünki onlar indiki halda münaqişənin həllində heç bir iş görmürlər.".
Süleyman