Gündəm
Hadisə "O ses Türkiye"nin digər münsiflərinin adlarını açıqladı
Müğənni Hadisə "O ses Türkiye"nin münsiflər heyətini açıqlayıb. Bacısı Hülya Açıkgözün çimərliyində konsert verən ifaçı səhnəyə çıxmazdan öncə jurnalistlərin suallarını cavablandırıb. Hadisə "O ses Türkiye"nin yeni münsifi Yıldız Tilbedən danışarkən, heyətin digər üzvlərinin adlarını da açıqlayıb: "Çox həyəcanlıyıq. Keçən il Sibel Can gələndə çox həyəcanlanmışdıq. İndi bizi nə gözlədiyini bilmirik. Çünki daha əvvəl Yıldızla heç vaxt münsif kürsüsündə oturmamışıq. Onu çox sevirəm, gözəl ürəyi olduğunu bilirəm. Bu da mənə yetərlidir. Yıldız dəli, Gökhan dəli, mən dəli, Murad dəli...".
Azərbaycanlı qadınlardan erməni ordusuna böyük dəstək - FOTOLAR
Bir müddət öncə Bakıda ermənilərin istehsal etdiyi kosmetika məhsullarının satıldığı barədə məlumat vermişdik.Söhbət “KKW Beauty” və “Kylie Cosmetics” kosmetika markasının məhsullarından gedir.
Ərəb turist azərbaycanlı qızı otel otağına dəvət edir - Yad qonağa sillə kimi cavab - VİDEO
Azərbaycanda ərəblərə qarşı tərbiyəvi sosial çarx çəkildi. Azərbaycanda ərəblərin qeyri-etik hərəkətlərinin əleyhinə olaraq sosial çarx çəkilib. Çarxda ərəbin azərbaycanlı qızı otel otağına təklifi əks olunur. Amma qızın etdiyi hərəkət yad qonağa sillə kimi cavab olur. Model Gülnar İsayevanın oynadığı çarx izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Bütün dünya ŞOKDA - Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı
Çində çox qəribə hadisə baş verib. 17 il əvvəl güclü zəlzələ baş verən mədəndə qazıntı işləri aparılıb. Qazıntı zamanı ərazidə olan hamı şoka düşüb. Məsələ burasındadır ki, 17 il əvvəl zəlzələ nəticəsində şaxtada qalan bir şaxtaçı sağ tapılıb. Zəlzələ 17 il əvvəl olub. 7.8 bal gücündə zəlzələ mədəni dağıdıb. Nəticədə isə 118 şaxtaçı torpaq altında qalıb.
Zidan: "Məni narahat edən yeganə şey..."
İspaniya Super Kubokunun ilk matçında "Real" "Barselona"dan üstün olub 3-1. "Real"ın baş məşqçisi Zinəddin Zidan qələbəni şərh edərkən Ronaldoya qırmızı vərəqə verilməsindən narazılığını ifadə edib: "Komandamız oyunu yüksək səviyyədə keçirdi. Asensionun, İskonun oyunu inanılmaz idi.
"Beşiktaş"dan qalibiyyət, "Fənərbağça"dan xal itkisi
Türkiyə çempionatında da yeni mövsümə start verilib. İlk tur "Beşiktaş"ın qələbəsi, "Fənərbağça"nın isə xal itkisi ilə yadda qalıb. Belə ki, "Antalyaspor"u qəbul edən son çempion 2:0 hesabı ilə qalib gəlib. "Göztəpə"nin qonağı olan "Fənər" isə 2:2 hesablı heç-heçə edib.
Sağlam təhsil siniflərinin sayı artırılıb
Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müvafiq əmrinə əsasən, layihə 2017-2018-ci tədris ilində paytaxtdakı 29 tam orta məktəbin 40 sinfini əhatə edəcək. “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Layihə 2016-2017-ci dərs ilində BŞTİ-nin tabeliyindəki 27 tam orta məktəbdə 36 sinifdə icra edilib.
Tullantıları yandıran şəxs CƏRİMƏLƏNDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Sumqayıt şəhərinin bir qrup sakini tərəfindən Sumqayıt şəhər məişət tullantısı poliqonunda tullantıların yandırılması ilə bağlı şikayət daxil olub. “Olaylar” bildirir ki, şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.
"Gənclərin Simulyasiya Akademiyası” başladı
"İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası” layihəsi başlayıb.
Türkiyədə ticarət mərkəzi yanır
Türkiyənin İzmir vilayətində ticarət mərkəzlərinin birində yanğın baş verib. Binada olan bütün müştərilər və əməkdaşlar təxliyə edilib. Hazırda yanğının söndürülməsi davam edir. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Görüş xatirinə görüş ermənilərə lazımdır
“Erməni separatçıları və onlara havadarlıq edən Minsk Qrupu vasitəçiləri hər yerdə belə xəbər yayırlar ki, guya Azərbaycan və Ermənistan prezidentləri BMT-nin sentyabr sessiyası zamanı Nyu-Yorkda görüşəcəklər”.
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu iki yaşlı Zəhranın 40 mərasimində
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olmuş iki yaşlı Zəhra Elnur qızının və onun nənəsinin 40 mərasimində iştirak edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, erməni vandalizminin qurbanlarının ailə üzvlərinə Müdafiə Nazirliyi rəhbərliyinin bir daha başsağlığı çatdırılıb, onların qisasının alındığı və düşmənə layiqli cavab verildiyi bildirilib.
Kürdə batmış şəxsin cəsədi tapılıb
Avqustun 13-də Kür çayının Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batmış, 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) “Olaylar” a verilən məlumata görə, cəsəd nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Əməliyyat saat 08:10-da başa çatıb.
Ronaldoya 12 oyun cəza
“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo 12 oyunluq diskvalifikasiya oluna bilər. Buna səbəb onun İspaniya Super Kubokunun “Barselona” ilə oyununda baş hakim Rikardo de Burqos Benqoçeanı itələməsi olub. 80-cı dəqiqədə qol vuran və sarı vərəqə alan Ronaldo iki dəqiqə sonra yenidən sarı vərəqə görərək meydandan qovulub. Qırmızı vərəqəyə etiraz edən Ronaldo bu zaman hakimi itələyib. Bu barədə referi oyunun protokolunda qeyd edib.
Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək
Oktyabrın 12-də Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşacaq festival oktyabrın 20-dək davam edəcək. “Olaylar” bildirir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.








.jpg)





