Gündəm
Özünü 10-cu mərtəbədən atdı
Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə dünən saat 12 radələrində Nizami rayon, Elşən Süleymanov küçəsi, bina 149, mənzil 154-də baş verib. Belə ki, həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Həzrət Əsəddulla oğlu Musayev yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edib. Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb.
Alimləri qorxudan kəşf: planet suyun altında qalacaq
Şotlandiyanın Edinburq universitetinin alimləri Antarktidanın buzlarının altında 91 vulkan aşkar ediblər. Bu barədə Böyük Britaniyanın Guardian qəzeti yazır. Hündürlükləri 100 metrdən 4 min metrədək olan vulkanlar materikin qərbində 2 kilometrlik buzun altındadır.
Xəzərin yekun statusu nə vaxt həllini tapacaq?
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun məhsuldar Bakı səfəri zamanı ikitərəfli münasibətlərin bütün spektri, həmçinin uzun illərdir ki, yekun statusu barədə yekun rəyin əldə olunmadığı Xəzər dənizi ilə bağlı danışıqlar aparılıb.
Müştərilər Azercell-i tövsiyyə edir
İnnovativ yenilikləri Azərbaycanın telko bazarında hər zaman birinci tətbiq edən Azercell Telekom MMC daha bir uğuru ilə seçilib. Belə ki, şirkət 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksinin (NPS) qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq, 64% nəticə ilə abunəçilərinin yüksək etimadını qazanıb. 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan Azercell, 2017-ci ilin II rübü üçün yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub saxlamaqdadır.
Ermənistan Rusiyadan kömək istədi
Ermənistan tərəfi Rusiyaya "Xosrov meşəsi" iri dövlət qoruğunda baş vermiş yanğının söndürülməsi üçün xüsusi təyyarə verilməsi ilə bağlı müraciət edib. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata əsasən, hazırda təyyarənin Ermənistana göndərilməsi üçün hazırlıq işləri görülür.
Əlilliyi olan şəxslər istirahət mərkəzinə göndərilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı kimi, daha 50 nəfər əlilliyi olan şəxs Quba rayonundakı istirahət mərkəzinə göndərilib.
Ramin Musayev: "Klublar borclarını verməsələr..."
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasında ilk turun "Sumqayıt" - "Kəpəz" matçını (2:1) canlı izləyib.
Nabranda yol hərəkəti qaydalarını pozan 58 sürücü cəzalandırılıb
Xaçmaz rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran qəsəbəsi ərazisində reyd keçiriblər. Reyd zamanı yol hərəkəti qaydalarını pozan 58 sürücü barəsində protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb.
Heyvan dəriləri üzüm dərisi ilə əvəzlənəcək
Heyvanlara qarşı zorakılıq və vəhşiliyin günbəgün artdığı bir dövrdə İtaliya şərab istehsalçıları şad xəbərlə çıxış ediblər.
Son bir həftədə 2,991 nəfər həbs olundu
Türkiyə Daxili İşlər Nazirliyi son bir həftə ərzində həyata keçirilən əməliyyatların nəticəsini açıqlayıb. “Olaylar” bildirir ki, son bir həftə ərzində Türkiyədə 43 terrorçu zərərsizləşdirilib. Məlumata əsasən, 28 terrorçu öldürülüb, 14 terrorçu isə saxlanılıb.
Tanınmış rəssam vəfat etdi
Azərbaycanın tanınmış rəssamı Əsgər Əsgərov dünyasını dəyişib. “Olaylar” bildirir ki, Ə.Əsgərov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1975-1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil alıb. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1994-cü ildə isə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunub. 1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində, eləcə də Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak edib. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.
Britaniyalılar adamyeyən olublar - İNANILMAZ FAKTLAR
İngiltərənin Somerset bölgəsində elm adamlarının aşkar etdikləri insan skeletləri dəhşətli tarixi faktlar ortaya qoyub. Tapılan sümüklər üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, 15 min il öncə Britaniyada yaşayan insanlar adamyeyənlik ritualları həyata keçiriblər. İngiltərənin cənub-qərbindəki Çeddar Corc vadisində yerləşən mağaralardan tapılan insan qalıqlarında isə gəmirilmiş və sofistik qəssablıq üsullarından istifadə etməklə bəzədilmiş sümüklər tapılıb.
2018-ci ilin martında... ABŞ kəşfiyyatından Putinə SÜRPRİZ
ABŞ xüsusi xidmət orqanları Rusiya prezidenti Vladimir Putin və onun ətrafı haqqında fəal şəkildə dəlil toplamağa başlayıb. Bunu Rusiya prezidentinin 2018-ci ildə növbəti dəfə prezident seçilmə imkanını şərh edən hərbi ekspert Aleksey Arestoviç “Apostrof” nəşrinə müsahibəsində deyib.
Ronaldu Messinin jestini təkrarladı
"Real"ın futbolçusu Kriştianu Ronaldu "Barselona"nın qapısına qol vurduqdan sonra Lionel Messinin jestini təkrarlayıb. "Nou Kamp"da keçirilən İspaniya Superkubokunun ilk qarşılaşmasının 80-ci dəqiqəsində Ronaldu "Real"ın 2-ci qolunu vurub. O, qol vurduqdan sonra formasını çıxararaq, onu tribunalara nümayiş etdirib.
XİN: Türkiyə Burkina-Fasoda türk kafesinə hücumu qınayır
Türkiyə Burkina-Fasonun paytaxtında türk kafesinə ölümlə nəticələnən hücumu qınayır. Bu barədə Türkiyə XİN-dən daxil olan məlumatda deyilir. Məlumatda qeyd edilir: "Türkiyə Burkina-Fasonu terrorizmlə mübarizədə fəal şəkildə dəstəkləyir".









.jpg)




