Ronaldu Messinin jestini təkrarladı

"Real"ın futbolçusu Kriştianu Ronaldu "Barselona"nın qapısına qol vurduqdan sonra Lionel Messinin jestini təkrarlayıb. "Nou Kamp"da keçirilən İspaniya Superkubokunun ilk qarşılaşmasının 80-ci dəqiqəsində Ronaldu "Real"ın 2-ci qolunu vurub. O, qol vurduqdan sonra formasını çıxararaq, onu tribunalara nümayiş etdirib.

Ötən mövsüm İspaniya çempionatının 33-cü turunda "Santyaqo Bernabeu"da keçirilən oyunda "Barselona"nın qələbə qolunu vuran Lionel Messi də bu jesti etmişdi. Həmin oyunda "Barsa" 3:2 hesabı ilə qalib gəlmişdi. Superkubokun ilk qarşılaşmasında isə "Real" qalib gəlib - 3:1. Ronaldu qırımızı vərəqə alıb. Komanda.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31