Gündəm
Bakıda 334 mindən artıq insan təcili yardım çağırıb
2017-ci ilin ilk 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334 mindən artıq ümumi müraciət daxil olub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu çağırışlardan 190 müraciət daimi yaşayış yeri məlum olmayan şəxslərlə bağlı olub.
Türkiyədə telekanal və radiolar satışa çıxarıldı - SİYAHI
Türkiyədə 10-dan çox telekanal və radio şirkəti satışa çıxarılıb. Bu barədə Türkiyənin Dövlət Əmanətlərin Sığortalanması Fondu (TMSF) məlumat verir.
“Retro Bakı” - dab u həftə kimlər qonaq oldu?
Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.
Eks millət vəkilin evində qanunsuz silahlar
1995 – ci iıdı Türkiyənin Van vilayətindən seçilən millət vəkili Mustafa Bayram və 1999-cu ildə Fazilçi Partiyasının millət vəkili saxlanılıb. “Olaylar” bildirir ki, eks millət vəkili Mustafa Bayram 5 il həbs oluna bilər.
Binəqədidə Beynəlxalq Gənclər Günü qeyd edilib
Binəqədi rayon Gənclər Evində 12 Avqust “Beynəlxalq Gənclər Günü” münasibətilə tədbir keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva və digər şəxslər iştirak ediblər.
DİQQƏT! Müdafiə Nazirliyinin cəbhədən SON XƏBƏRİ
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli və Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Facebook-dakı bu paylaşımından 6 saat sonra şəhid oldu
İstanbul Təhlükəsizlik İdarəsində nəzarətə alınan İŞİD terrorçusunun bıçaqlı hücumu nəticəsində şəhid olan polis Sinan Acarın Maçkada iki gün öncə şəhid olan Eren haqda etdiyi son paylaşımı duyğulandırıb.
Tələbə adını qazananların siyahısı çap olundu
Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 7-ci nömrəsini nəşr edib. DİM-dən verilən xəbərə görə, "Abituriyent" jurnalının 7-ci nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi - I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap olunub.
Londonda ikimərtəbəli avtobus alışdı - VİDEO
Britaniyanın paytaxtı Londonun şimal-qərbində ikimərtəbəli sərnişin avtobusu alışıb. 13 marşrutlu avtobus Finçli-Roud və Froqnal stansiyalarının arasındakı yolda olarkən alışıb.
Kamran Ağayevin komandası heç-heçə edib
Millimizin futboçusu Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Çexiya çempionatında növbəti oyununa çıxıb. Komanda üçüncü turda “Karvina”nın qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. K.Ağayevin adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
Məsimovun komandası “Spartak”a uduzdu
Azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Fakel" klubu Rusiyanın I divizionunda növbəti oyunu keçirib. Voronej təmsilçisi VIII tur çərçivəsində öz meydanında "Spartak-2" ilə qarşılaşıb. Oyun ev sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Məsimovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
20 iddiaçı, 10 vəsiqə
Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək. İki gün ərzində ilk oyunlar çərçivəsində 10 qarşılaşma baş tutacaq. Qrup mərhələsinə 10 vəsiqəyə iddia edən 20 komanda qitənin ən güclüləri sırasına düşmək üçün sonuncudan əvvəlki addımı atacaq. Oyunlara Bakıda start veriləcək. "Qarabağ" Danimarka çempionu "Kopenhagen"i sınağa çəkəcək.
Mayk Pens: "ABŞ diktatoru qəbul etməyəcək"
Venesuela və ABŞ arasındakı gərgin münasibət səngimək bilmir. ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, qarşı tərəf danışıqları qəbul edərsə, Venesuela böhranını danışıqlar yolu ilə həll oluna bilər.
“Müharibə və yoxsulluq, yoxsa...” - Vaşinqton seçim etməyi TƏLƏB ETDİ
“Vaşinqton Pxenyanla danışıqlar aparmağa hazırdır və rejimin dəyişməsində maraqlı deyil”. Bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson və Müdafiə Nazirliyinin başçısı Ceyms Mettisin “Wall Street Journal” qəzetində dərc edilmiş birgə məqaləsində deyilir. Eyni zamanda bildirilir ki, Şimali Koreya probleminin həllinin diplomatik vasitələri “hərbi variantlarla” möhkəmləndirilib. Onlar qeyd edirlər ki, ABŞ-ın diplomatik mövqeyini başqa ölkələr, xüsusi halda Çin bölüşür.














