“Retro Bakı”  - dab u həftə kimlər qonaq oldu?

Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.

Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən "Retro Bakı" konsertləri paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb. Baş İdarədən "Olaylar" -a bildirilib ki, tanınmış estrada müğənniləri Könül Kərimova, Nurlan Əzizbəyli, Əli Əliyev, Çinarə Bəkirova, Zeynəb Həsəni, Şəbnəm Qəhrəmanova, Mir Cabbar Mirbabayev, Aynur Əliyeva, Mir Fərhad Həbibi, Fərhad Xəlif və Səma Heydərova, Rəşad İsmayıl, Könül Məmmədli, Gümüş, Nurlan Təhməsli, Mehman Tağıyev, Kubra Hüseynova, Emin Məmmədov, Nihat və Cahat, rəqqasə Səbinə İsmayılova öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıblar.
Qeyd edək ki,  "Retro Bakı" layihəsi sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31