"Ehtiyacı şəhərin ömrü boyu kəndə olub..." - Röya köhnə qalmaqalı alovlandırdı

Müğənni Röya Ayxanın sosial şəbəkə hesabından etdiyi son paylaşım böyük maraq kəsb edib.  Xanım sənətçi studiyada mikrofon qarşısında əyləşən ahıl kişinin qarşısında çəkdirdiyi fotosunu paylaşıb. Müğənni böyüklərə olan ehtiramını göstərdiyi bu paylaşıma yazdığı şərhlə səngiməkdə olan "bakılı-rayonlu" qovğasını yenidən alovlandıra bilər.

Xatırladaq ki, bəstəkar Aygün Səmədzadə iyulun 1-də "Bakılılar günü"ndə status paylaşaraq, Bakıya rüşvəti rayonluların gətirdiyini iddia etmişdi. Və ondan sonra bəstəkar xanıma qarşı sosial şəbəkələrdə sənət adamlarının da saxil olduğu "cəbhə" açmışdılar. 

Röyanın sözügedən qeydini təqdim edirik: "Ehtiyacı şəhərin ömrü boyu kəndə olub... Böyük məna və xəbər var, amma mən sizə sadəcə foto təqdim edim". Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31