Gündəm

“Azərkosmos” ASC nazirliyin tabeliyindən çıxarıldı

17 Oktyabr 2017 19:05

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb. Azərbaycan prezidenti İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli sərəncamında dəyişiklikləri təsdiqləyib.

İsrailli ekspert ADU tələbələri ilə görüşüb

17 Oktyabr 2017 19:04

Oktyabrın 17-də  Dillər Universitetinin Multikulturalizm elmi-tədqiqat laboratoriyasında beynəlxalq münasibətlər üzrə ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının həmsədri Arye Qut Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb. Olaylar bildirir ki, görüşdə A.Qut “İsrail və Azərbaycan münasibətlərində multikulturalizm faktoru” mövzusunda məruzə ilə çıxış edib.

Yeni “Samsung” smartfonlarının videosu dərc edilib

17 Oktyabr 2017 19:04

“MySmartPrice” resursu rəsmən təqdim edilməyən “Samsung Galaxy A5” (2018) və “Galaxy A7” (2018) smartfonlarının nümayiş olunduğu videoçarx dərc edib.

İNANILMAZ OLAY: 11 ayda dörd uşaqları oldu

17 Oktyabr 2017 19:00

İngiltərədə yaşayan bir cütlük indiyə kimi görülməyən bir ilkə imza atıblar. Belə ki, onlar bir il ərzində 4 uşaq sahibi olublar. İngiltərənin Suffolk şəhərində yaşayan Toni və Jackie Roulandın 5 yaşında bir qızları vardı.

2018 Dünya Kuboku iştirakçılarının rəqibləri bəlli oldu

17 Oktyabr 2017 18:55

2018 Dünya Kuboku Avropa Seçimlərinin play-off mərhələsində yarışan komandaların rəqibləri bəlli olub. Qruplardan ikinci çıxan 8 komanda arasında püşkatma keçirilib.

"Qəbələ" - "Qarabağ" oyununun vaxtı açıqlandı

17 Oktyabr 2017 18:50

Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib. Turun mərkəzi oyunu - "Qəbələ" - "Qarabağ" matçı oktyabrın 22-də keçiriləcək.

İtaliya A seriyasında baş məşqçi istefası

17 Oktyabr 2017 18:47

İtaliya A seriyası təmsilçisi "Kalyari" baş məşqçisi Massimo Rastellini istefaya göndərib. Bu barədə klubun saytı məlumat yayıb. Buna komandanın 2017/2018 mövsümündə ölkə çempionatındakı uğursuz çıxış səbəb olub. Komanda A seriyasında keçirdiyi son 4 oyunda uduzub.

Foqts: "Bayenr Münhen"in baş məşqçisi postuna əsas namizəd Kloppdur"

17 Oktyabr 2017 18:45

Azərbaycan millisinin sabiq çalışdırıcısı Berti Foqts "Bayenr Münhen"in yenidən baş məşqçi Yupp Haynkesə ehtiyac duymasına toxunub. "Sport1" nəşrinə açıqlamasında təcrübəli mütəxəsis bunları deyib: "Haynkesin mövsümün sonunda "Bavariya"dan gedəcəyinə əmin deyiləm.

Məşhur ispan qəzeti “Marca” “Qarabağ”dan yazdı - “Evsiz çempion”

17 Oktyabr 2017 18:43

"Atletiko"nun Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gələcəyi "Qarabağ" İspaniya mətbuatının gündəmindən düşmür.  "Marca" nəşri Ağdam klubunun tarixi barədə yazı dərc edib.  Məqalədə ən diqqətçəkən məqam "Qarabağ"ın "evsiz çempion" kimi təqdim edilməsidi. Azərbaycanla Ermənistan arasındakı münaqişəyə toxunan ispanlar "Qarabağ"ın bu səbəbdən 20 ildən çoxdu Bakıda məskunlaşdığını vurğulayıblar: "İspaniyalı Ruben Sellesin məşqçi kimi çalışdığı komanda müharibə ucbatından şəhərsiz və stadionsuz qalıb. Həmçinin, bir milyondan çox insan qaçqın düşüb. Komandanın məşqçisi Allahverdi Bağırov Ağdam döyüşlərinə könüllü qatılıb və həlak olub. Baş verənlər klubu 255 km uzaqlıqda olan Bakıya köçməyə məcbur edib. Hazırda "Azərsun Holding"in sponsoru olduğu kluba Tahir Gözəl başçılıq edir".

Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı...

17 Oktyabr 2017 18:40

Antalyanın Manavgat qəsəbəsində 31 yaşlı sevgilisi Salim Sarıkayanı öldürdüyü iddiasıyla saxlanılan  34 yaşlı qırğız Aygül Nurbek Kyzy məhkəmədə danışıb.  Mart ayında sevgilisi Salim Sarıkayanı öldürdüyü iddiasıyla həbs olunan Aygül Nurbek Kyzyın təqsirləndirildiyi prosesin ikinci mərhələsi baş tutub. Prosesdə Aygülün ilk ifadəsi alınıb.

Partlayıcı maddəni aşkarlayan "ağıllı" üzük icad edildi 

17 Oktyabr 2017 18:30

Kaliforniya Universitetinin tədqiqatçıları istifadəçinin yaxınlığındakı kimyəvi, bioloji və iflic edici təsirə malik təhlükəli şüaları aşkarlayan "ağıllı" üzük hazırlayıblar. Yalnız orta barmağa taxılması nəzərdə tutulan "ağıllı" üzük smartfonla birgə işləyir və xüsusi siqnal vasitəsilə təhlükəni dərhal sahibinə çatdırır.

"Bu təkmilləşdirmə qərarların dürüst, dəqiq, çevik mexanizmidir"

17 Oktyabr 2017 18:12

“Azərbaycan bütün sahələrində islahatlar aparılır, bu islahatların davamlı olaraq həyata keçirilir və ictimaiyyət tərəfindən dəyərləndirilir”. Bu sözləri  açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Ölkədə uğurla aparılan struktur islahatları

17 Oktyabr 2017 18:06

Hər bir ölkədə hökumət kabineti həmin ölkənin əsas bel sütunu hesab edilir və onun iqtisadi inkişafının parametrlərini müəyyənləşdirir. Azərbaycanda isə məlum olduğu kimi hökumətin funksiyasını Nazirlər Kabineti həyata keçirir. Onu da etiraf etmək lazımdır ki, hər bir sahədə olduğu kimi idarəetmə, hökumətdə də zamanın, günümüzün tələblərinə uyğun təkmilləşdirmə, onun fəaliyyətini müasir dövrün çağırışlarına uyğunlaşdırmaq başlıca şərtdir. Və zaman-zaman Azərbaycanda qeyd edilən istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir, addımlar atılır.

Millət vəkili Nazirlər Kabinetindəki struktur dəyişiklərindən danışdı

17 Oktyabr 2017 18:02

“Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır”. Bunu millət vəkili Musa Quliyev deyib. Deputatın sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycan dövlətçiliyi möhkəmlənib və inkişaf edir: “Dövlətin idarəetmə sistemi və mexanizmi təkmilləşir.