2018 Dünya Kuboku iştirakçılarının rəqibləri bəlli oldu
2018 Dünya Kuboku Avropa Seçimlərinin play-off mərhələsində yarışan komandaların rəqibləri bəlli olub. Qruplardan ikinci çıxan 8 komanda arasında püşkatma keçirilib.
17 Oktyabr 2017 18:55 İdman2018 Dünya Kuboku Avropa Seçimlərinin play-off mərhələsində yarışan komandaların rəqibləri bəlli olub. Qruplardan ikinci çıxan 8 komanda arasında püşkatma keçirilib.
Beləliklə, Şimali İrlandiya - İsveçrə, Xorvatiya - Yunsanıstan, Danimarka - İrlandiya Respublikası, İsveç - İtaliya ilə rəqib olub. Rusiyanın ev sahibliyini edəcəyi 2018 Dünya Kubokuna Avropa qitəsindən play-off turunu keçən daha 4 komanda qatılacaq. Əlavə olaraq, 2018 FIFA Dünya Kubokuna ev sahibi Rusiya ilə yanaşı, Fransa, Almaniya, Portuqaliya, Serbiya, Polşa, İngiltərə, İspaniya, Belçika və İslandiya qatılacaq. Publika.az