Həsən Həsənov: Tədqiqatçının adının çəkilməsi fikrin əsaslı olduğunu göstərmir
14:49 SiyasətOlaylar.az xəbər verir ki, tarix elmləri doktoru Həsən Həsənov Qafqaz Albaniyası ilə bağlı səsləndirilən fikirlərin elmi əsasının konkret mənbələrlə təsdiqlənməsinin vacibliyini vurğulayıb.
O, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarda deyib.
Həsən Həsənovun sözlərinə görə, son günlər müxtəlif araşdırmaçıların adlarına istinad edilməklə müəyyən fikirlər irəli sürülür. Lakin həmin yanaşmaların hansı tarixi mənbələrə əsaslandığı açıqlanmır.
Tarixçi bildirib ki, bir fikrin mötəbərliyini müəyyənləşdirmək üçün yalnız müəllifin və ya tədqiqatçının adını göstərmək kifayət deyil. Onun sözlərinə görə, istinad edilən mənbənin özü təqdim olunmalıdır.
"Ermənilər bizə qarşı bir söz deyəndə mənbəyə baxın deyirlər. Mənbə varsa, əsaslıdır, tədqiqatçının adı çəkilirsə, bu, əsaslı deyil", - deyə Həsən Həsənov qeyd edib.