Tarixçi: Qafqaz Albaniyasının irsi ətrafında mübahisələr davam edir

Olaylar.az xəbər verir ki, Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarda Qafqaz Albaniyasının tarixi irsi ilə bağlı məsələlər müzakirə olunub.
Tarix elmləri doktoru Həsən Həsənov bildirib ki, Albaniya dövləti artıq mövcud olmasa da, onun tarixi irsi ilə bağlı mübahisələr bu gün də davam edir. Onun sözlərinə görə, əsas məsələ Albaniyanın tarixi ilə yanaşı, bu dövlətin Azərbaycan tarixindəki yeri və irsinə dair müxtəlif iddialardır.
Həsən Həsənov qeyd edib ki, Albaniya və Atropatenanın müstəqil şəkildə formalaşması ilə bağlı sovet tarixşünaslığında irəli sürülən yanaşmalar Azərbaycan tarixinin izahına təsir edib. Tarixçi Atropatenanın yaranma tarixi ilə bağlı fərqli mövqeyini də diqqətə çatdırıb və onun Assuriya imperiyasının süqutundan sonra formalaşdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31