Millət vəkili Nazirlər Kabinetindəki struktur dəyişiklərindən danışdı

“Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır”. Bunu millət vəkili Musa Quliyev deyib. Deputatın sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycan dövlətçiliyi möhkəmlənib və inkişaf edir: “Dövlətin idarəetmə sistemi və mexanizmi təkmilləşir.

"Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır". Bunu millət vəkili Musa Quliyev deyib. Deputatın sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycan dövlətçiliyi möhkəmlənib və inkişaf edir: "Dövlətin idarəetmə sistemi və mexanizmi təkmilləşir. Ötən il keçirilən Konstitusiya və ya refenduma əlavə və dəyişikliklərin edilməsi sözügedən islahatların bir tərkib hissəsidir. Bu, Azərbaycan dövlətinin öz inkişafında yeni mərhələsinə çatmasının ifadəsi idi. Məhz bundan sonra ölkədə vitse-prezidentlik İnstitutu yarandı və birinci vitse-prezident təyin olundu, eləcə də birinci vitse-prezidentin İcra aparatı müəyyənləşdi. Artıq həmin aparat çox effektiv şəkildə fəaliyyət göstərir. Eyni zamanda Konstitusiyanın tələblərindən biri də müəyyən ali icra orqanlarındakı paralelliyin aradan qaldırılması və idarəetmənin optimallaşdırılması ilə bağlı idi. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatında struktur dəyişikliyinin aparılması bu suala cavab verirdi və sözügedən islahatın tərkib hissəsi idi. Heç şübhəsiz ki, aparılan islahatlar Nazirlər Kabinetinin işinin daha effektli olmasına, optimallaşdırılmasına, bürokratiyanın aradan qaldırılmasına və vətəndaşlara daha yaxın olmasına gətirib çıxaracaq. Bundan əlavə cənab Prezidentin göstərişi ilə nazirlərin qrafiklər üzrə rayonlara getməsi, orada vətəndaşları qəbul etməsi də ölkədə aparılan islahatların tərkib hissəsidir və idarəetmənin xalqa yaxınlaşmasının ifadəsidir. Məhz bu prinsip əsasında vətəndaşların günlərlə vaxt sərf etməsi, yol qət etməsi, pul xərcləməsi və s. demək olar ki, aradan qalxıb. Artıq nazirlər, komitə rəhbərləri vətəndaşın qəbuluna və görüşünə gedir.

Bütövlükdə götürdükdə isə struktur islahatları davam edəcək. Cənab Prezidentin özünün çox yaxşı bir ifadəsi var ki, "biz hamımız xalqın xidmətçiləriyik və xalqın ən birinci xidmətçisi mən özüməm". Bu ifadə həyata keçirilərək cənab Prezident tərəfindən Azərbaycan xalqına Azərbaycan dövləti, iqtidarı, hökuməti daha yaxın olmağa, səmərəli fəaliyyət göstərməyə və xidmət etməyə yönəlik islahatlar da aparır. Təbii ki, islahatlar isrət icra hakimiyyəti orqanlarında, istərsə də məhkəmə orqanlarında, bələdiyyə sistemində davam edəcək. Milli Məclis tərəfindən bilirsiniz ki, son illərdə deputatların iş şəraitinin yaxşılaşdırılması, seçicilərlə onların görüşlərinin daha da optimallaşdırılması işləri həyata keçirilir. Hər bir deputata yerlərdə qərargah ayrılıb və hər cür şəraitlə təmin olunub. Bütün bunlar hamısı cənab Prezidentin xalqa daha yaxşı, keyfiyyətli xidmət etmək göstərişinin əməli ifadəsidir. Bundan sonra da Nazirlər Kabinetində aparılan islahatlar öz bəhrəsini verəcək və daha operativ şəkildə qərarlar qəbul olunacaq və icra ediləcəkdir".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31