Ölkədə uğurla aparılan struktur islahatları

Hər bir ölkədə hökumət kabineti həmin ölkənin əsas bel sütunu hesab edilir və onun iqtisadi inkişafının parametrlərini müəyyənləşdirir. Azərbaycanda isə məlum olduğu kimi hökumətin funksiyasını Nazirlər Kabineti həyata keçirir. Onu da etiraf etmək lazımdır ki, hər bir sahədə olduğu kimi idarəetmə, hökumətdə də zamanın, günümüzün tələblərinə uyğun təkmilləşdirmə, onun fəaliyyətini müasir dövrün çağırışlarına uyğunlaşdırmaq başlıca şərtdir. Və zaman-zaman Azərbaycanda qeyd edilən istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir, addımlar atılır.

Və ya Nazirlər Kabinetinin fəaliyyətini təkmilləşdirən, onun səmərəliliyini artıran vacib addımlar

Hər bir ölkədə hökumət kabineti həmin ölkənin əsas bel sütunu hesab edilir və onun iqtisadi inkişafının parametrlərini müəyyənləşdirir. Azərbaycanda isə məlum olduğu kimi hökumətin funksiyasını Nazirlər Kabineti həyata keçirir. Onu da etiraf etmək lazımdır ki, hər bir sahədə olduğu kimi idarəetmə, hökumətdə də zamanın, günümüzün tələblərinə uyğun təkmilləşdirmə, onun fəaliyyətini müasir dövrün çağırışlarına uyğunlaşdırmaq başlıca şərtdir. Və zaman-zaman Azərbaycanda qeyd edilən istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir, addımlar atılır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, keçən ilin sentyabr ayında Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsindən (referendum) sonra qeyd edilən sahədə daha çevik addımlar müşahidə edilir. Referendumdan söz düşmüşkən, o zaman Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hələ ümüumxalq səsverməsindən öncə  cəmiyyətin müzakirəsinə çıxarılarkən bir çoxları əsassız olaraq və xalqı, cəmiyyəti çaşdırmaq məqsədilə belə bir rəy, fikir formalaşdırmağa çalışırdılar ki, ölkədə yaradılan yeni idarəçilik sistemi, konkret olaraq vitse-prezidentlik institutu Nazirlər Kabinetinin əvəzləməyə hesablanılb. Yəni, Konstitusiya dəyişikliklərindən sonra Azərbaycanda Nazirlər Kabineti lazımısız bir quruma çevriləcək. Ancaq referendumdan keçən müddətdə müşahidə etdiyimiz mənzərə və atılan addımlar yuxarıda sadalanan fikirlərin əsassız olduğunu bir daha ortaya qoydu. Və gəlinən nəticə ondan ibarət oldu ki, əslində yeganə məqsəd yeni çağırışlara uyğun olaraq idarəetmə sistemini təkmilləşdirməkdir. Şübhəsiz ki, Nazirlər Kabineti də bu prosesdən kənarda qalmamalıdır.

Son bir neçə ay Nazirlər Kabinetinin yeni strukturunun formalaşdırılması istiqamətində atılan addımlar bunu bir daha sübuta yetirir və idarəetmə sistemində təkmilləşdirmənin aparılmasının qaçılmaz olduğunu ortaya qoyur. Məıumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edildi. Fərmanda diqqət çəkən mühüm məqamlardan biri bu vaxta qədər Nazirlər Kabinetinin aparatında mövcud olan 11 şöbənin birləşdirilməsi və  nəticəsdə 5 yeni şöbə yaradılması idi ki, bu addımın özü də idarəetmə də təkmilləşdirmədən xəbər verirdi.  Yeni strukturda eyni zamanda  bir sıra şöbələrin adları dəyişdirildi . Ən əsası həmin şöbələrin də  fəaliyyət istiqamətləri təkmilləşdirildi. Çünki hazırkı dövrdə, situasiyada fors-major vəziyyətlərə hazır olmaq, yarana biləcək həmin vəziyyətdən çıxmağı bacaran çevik, təkmil idarəetmə sisteminin olması başlıca şərtdir. 2015-ci ildən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda əksəriyyət ölkələr kimi Azərbaycanda da yaşanan maliyyə böhranı fonunda bunu aydın gördük. Və belə bir reallıq ortada oldu ki, hökumətdə bir-birini əvəzləyən qurumların mövcudluğu əvəzinə, daha çevik. Işlək qabliyyətə malik strukturun olması məqsəduyğundur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də bir neçə dəfə istər Nazirlər Kabinetinin iclaslarında, istərsə də digər toplantı və görüşlərdə bildirmişdi ki, bir-birini əvəz edən qurumlar aradan qaldırılmalı və daha çevik, mütəşəkkil idarəetmə sistemi yaradılmalıdır. Bu baxımdan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni situasiyaya və çağırışlara uyğun olaraq son vaxtlar həyata keçirilən struktur islahatları idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılmasına ximdət etməklə yanaşı, eyni zamanda bu sahədə təkmilləşməyə, dinamikliyə, daha çevik, operativ idarəetməyə nail olmağa hesablanıb. Ölkədə idarəetmə  mexanizminin formalaşmasına, təkmilləşməsinə xidmət edən bu kimi tədbirlər, həyata keçirilən islahatlar Azərbaycanın qarşısına qoyduğu hədəf və məqsədlərə daha tez və uğurla  nail olacağına zəmanət yaradır. Çünki ortada real iş və nəticələr var. Bu da öz növbəsində idarəetmə sisteminin təkmilləşdirilməsinin müsbət nəticələrini təsdiqləmiş olur.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31