Gündəm
Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partayış" baş verəcək
Növbəti yüz il ərzində Günəşdə bütün dünyanın enerji sisteminin işinə təsir etmək gücündə olan "super partlayış" baş verəcək. Məlumata görə, bu qənaətə Harvard universitetinin bir qrup alimi gəlib.
Qara Qarayevin 100 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
İspaniya Konstitusiya Məhkəməsi Kataloniya ilə bağlı qərar verdi
İspaniya Konstitusiya Məhkəməsi Kataloniyada baş tutan referendumu qanunsuz hesab edib. Referendumun ispan millətini parçaladığı və qanun pozuntuları ilə həyata keçirildiyi bildirilir.
“Azərbaycanda siyasi plüralizm, söz və ifadə azadllğı o qədər genişdir ki,...”
Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən demokratik dəyərlər və prinsiplərin inkişaf etdirilməsi, bu prinsiplərin ölkəmizdə tətbiqi sahəsində bir çox uğurlu addımlar atıb. Məhz həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda əsas demokratik dəyərlər yüksək səviyyədə təmin olunub. Demokratik dəyərlərin əsas göstəricilərindən birinin də siyasi plüralizm olduğunu nəzərə alsaq, bu prinsipə ölkəmizdə nə dərəcədə əməl edildyinə də diqqət çəkmək zəruri olar. Elə bu məqsədlə də Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədr Cavid Şahverdiyevə müraciət etdik.
Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi +
Məlum olduğu kimi, dünən 4 mühüm beynəlxalq təşkilatın seçki müşahidə missiyası Qırğızıstanda keçirilən prezident seçkilərinin yekununa dair ilkin rəyini açıqladı. 400 nəfərlik müşahidəçi korpusun koordinatoru olan azərbaycanlı deputat, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev keçirdiyi mətbuat konfransı ilə dünya mediasının diqqətini həm də müsbət mənada Azərbaycana çəkmiş oldu.
Suriya müharibəsinin başa çatacağı vaxt AÇIQLANDI
“Suriyada hərbi əməliyyat bu ilin sonuna kimi başa çata bilər, amma Rusiya ölkədəki hərbi qruplaşmasını azaltmayacaq”. Bu haqda Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Frans Klinseviç bildirib.
AST Telmanın otelinin suyunu kəsdilər— SƏBƏB
2010-cu ildə dünyanın ən lüks oteli seçilən "Mardan Palace"ın borc ucbatından problemləri artmaqda davam edir. Telman İsmayılova məxsus otelin suya 2 milyon türk lirəsi (1milyon manata yaxın) borcu olduğu üçün müəssisənin suyu kəsilib.
Almaniyalı politoloq Cenevrə görüşü haqqında: “Cəbhədə vəziyyət gərginləşə bilər”
"Gündəliyi olmayan siyasi danışıqlar iflasa məhkumdur”. Bu barədə 168.am xəbər portalına almaniyalı siyasi şərhçi Aleksandr Rar Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən bildirib.
Erməni deputat etiraf etdi: “Metsamor” Çernobılın bənzəridir
“Hazırda “Metsamor” atom elektrik stansiyasının (AES) texnologiya və avadanlıqları köhnəlib, istifadəyə yararsızdır”. Bu barədə “Nairit” zavodunun keçmiş direktoru, eks-deputat Qaqik Nersisyan “1in.am” saytına verdiyi müsahibəsində bildirib.
Ronaldo Avropada ikinci oldu - FORBES
İspaniyanın "Real" futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Avropada ən yüksək maaşlı məşhurlar siyahısında ikinci yeri tutdu.
Alman polisindən qalmaqallı ADDIM: “Öcalana azadlıq…”
Almaniyanın bütün bölgələrində terror təşkilatları və terrorçulara göz yuman ölkə polisi daha bir qalmaqala imza atıb. Alman polisi PKK-ya sosial şəbəkədəki hesabından açıq dəstək verib.
Türkiyədə kömür mədənində uçqun - Dağıntılar altında qalanlar var
Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində kömür mədənində uçqun baş verib. Dağıntılar altında adamların qaldığı deyilir. Hadisə yerinə xilasedicilər və tibbi yardım maşınları cəlb edilib. Dağıntılar altında qalanların sayı hələlik məlum deyil.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə protokol imzalandı
Oktyabrın 17-də Tbilisidə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.
Türkdilli ölkələrin vahid investisiya platforması yaradıla bilər
Türkdilli ölkələr maliyyə bazarlarına qarşılıqlı investisiyalar üçün vahid platforma yaratmalıdır. Məlumata görə, bunu Bakıda “Azərbaycanın kapital bazarları. İmkanlar və perspektivlər” konfransında “InvestAZ” investisiya şirkətinin rəhbəri Elşən Quliyev deyib.
Azərbaycanın tanınmış şəxsinin qızı Türkiyədə həbs olundu - Oğurladığı qızılları alt paltarında gizlətdi
Ədirnə şəhərində oğurluq hadisəsi baş verib. Oğurluqda adı hallananlardan biri azərbaycanlı qadındır. Telefonla 11 yaşlı uşağı aldaraq atasının polis bölməsinə aparıldığını söyləyib 40 min lirə dəyərində zinət əşyaları ələ keçirənlərin məhkəməsi başlayıb. Biri qadın, 3-ü kişi olan qrup üzvləri məhkəmədə tutduqları əməldən peşman olduqlarını dilə gətiriblər.














