Gündəm
Dünya liderləri İlham Əliyevi təbrik etdilər
İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud İlham Əliyevə təbrik məktubu göndərib.
Ceyhun Aslanov ABŞ-da seçkilərə necə təsir edib?
Rusiyanın "RBK" nəşri 27 yaşlı azərbaycanlının ABŞ-da keçirilən prezident seçkilərinə necə təsir etməsi ilə bağlı araşdırma aparıb.
Aparılan islahatlar Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə xidmət edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni situasiyaya və çağırışlara uyğun olaraq son vaxtlar həyata keçirilən struktur islahatları idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, dinamikliyə, mobilliyə, daha çevik, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir. İdarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən bu mühüm islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır. Struktur islahatlarına xüsusi diqqət yetirən dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var. Ümumiyyətlə, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. Biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik.
Deputat: Struktur islahatları idarəçilikdə effektivliyin artırılması üçün atılan mühüm addımdır
Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib. A.Hüseynov bildirib ki, Nazirlər Kabineti ali icraedici orqandır və bu icraedici orqanda aparılan islahatlar qurumun işinin effektivliyini, operativliyini artıracaq: “Bu isə idarəçiliyə müsbət təsirini göstərəcək”.
Referendumdan sonra 700 şirkət Kataloniyanı tərk edib
Bir müddət əvvəl keçirilmiş müstəqillik barədə referendumdan sonra 700-ə yaxın şirkət öz ofislərini Kataloniyadan İspaniyanın başqa regionlarına köçürüb. Məlumata, təkcə ötən həftə ərzində 92 şirkət Kataloniyadan çıxdığını elan edib. Ümumilikdə isə 691 şirkətin Kataloniyanı tərk etməsi barədə məlumat verilib.
2 dostun qız üstündə atdığı QORXUNC ADDIM
Quldurluqda ittiham olunan Sumqayıt şəhər sakinləri – 1992-ci il təvəllüdlü İsmayıl Məmmədov və 1991-ci il təvəllüdlü Tamerlan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prezident İlham Əliyev Yunanıstan səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.
Xızıda silah anbarındakı partlayışla bağlı AÇIQLAMA
"Avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar aparılan əməliyyatların ilin sonunadək başa çatdırılması nəzərdə tutulub".
Tələbələr Metropolitendə təcrübə keçib
«Bakı Metropoliteni» QSC-nin ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsi Bakı metropolitenində istehsalat təcrübəsinə cəlb olunub. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, 25 tələbəyə metropolitenin diaqnostika və metroloji təminat mərkəzinin bazasında yaradılmış şəraitdən maksimum faydalanması üçün imkan yaradılıb.
“Şəhadət” filmi İsmayıllıda nümayiş olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzinin birgə təçkilatçılığı ilə Gənclər Mərkəzində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı konfrans keçirilib.
SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı Komissiyasının iclası keçirilib
SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, iclasda SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı çərçivəsində kimya mühəndisliyi, geologiya mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat və insan resurslarının idarə edilməsi ixtisas qrupları üzrə təhsilini başa vurmuş 7 məzunun hesabat xarakterli təqdimatları dinlənilib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilib.
Səfir Auqusto Massari Dillər Universitetində
Oktyabrın 17-də Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb. A.Massarini səfir vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edən K.Abdulla iki ölkə arasındakı xoş münasibətlərin bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, səfirliklə ADU arasındakı münasibətlər iki ölkə arasındakı dialoqun əsasını təşkil edir.
"Rusiya işğalçı Ermənistanı silahlandırmaqdan çəkinməlidir"
"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi işğalçı Ermənistana əvəzsiz və yaxud kredit hesabına silah verməli deyil". Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Deputat: "Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə..."
"Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə, özgə torpağında olan qoşunların çıxarılması barədə söz deyilmirsə, deməli, həmin görüşün konkret nəticəsi yoxdur".
9 ay ərzində 1 243 346 nəfər əcnəbinin Azərbaycana girişi qeydə alınıb
Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.














