Gündəm

Güclü külək Göyçayda fəsadlar törədib

17 Oktyabr 2017 16:07

Ötən gecə Göyçay rayonuna güclü küləklə müşayiət olunan leysan yağıb. Məlumata görə, külək yerli təsərrüfatlara, eləcə də meyvə bağlarına ziyan vurub. Küləyin təsiri nəticəsində iri gövdəli bir neçə ağac aşıb, elektrik naqilləri qırılıb. Göyçay şəhərində ağacın aşması nəticəsində yol bağlanıb.

Azərbaycan Türkiyənin üçüncü ən iri investorudur

17 Oktyabr 2017 16:05

2017-ci ilin ilk 8 ayı ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 4,851 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8% çoxdur. Bu barədə Türkiyə Mərkəzi Bankının açıqladığı statistikada deyilir.

Yeniyetmələrə tətbiq olunacaq yeni cəza növünün aşağı və yuxarı həddi məlum olub

17 Oktyabr 2017 16:04

Azərbaycanda cinayətə görə yeni tətbiq ediləcək azadlığın məhdudlaşdırılması cəza növünün yetkinlik yaşına çatmayanlara təyin ediləcəyi ən aşağı və ən yuxarı həddi məlum olub. Məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 85-ci (Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri) maddəsinə yeni bəndin əlavə edilməsi təklif edili

ETSN: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşib

17 Oktyabr 2017 16:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınıb. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Kremlin böyür-başındakı erməni mafiozlar: Abramyan, Karapetyan və digərləri

17 Oktyabr 2017 16:01

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin, o cümlədən prezidentlər arasında şəxsi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq Moskvanın Qafqaz siyasətində ermənilərin xeyrinə meyllənmə vaxtaşırı olaraq özünü büruzə verir. Virtualaz.org xəbər verir ki, Kremlin siyasətinə təsir edən   bütün digər amillərlə yanaşı Rusiyadakı erməni oliqarx-mafioz qruplaşmalarının da rolunu nəzərə almaq lazımdır.

Soyğunçular həm də oğru çıxdılar

17 Oktyabr 2017 15:52

Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxslərin oğurluq etmələri aşkar olunub. DİN-dən “Olaylar”a verilən məlumata görə, soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vasif Məmmədəliyevin və Elməddin Abbasovun ətraflarında Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari il yanvarın 6-da Beyləqan rayon sakini Kəmaləddin Vəliyevlə birgə Mətləb Hüseynova məxsus yardımçı təsərrüfatdan 3 baş inək oğurlamaları da müəyyən edilib. Görülən tədbirlərlə K.Vəliyev də tutulub.

Oğrunun digər əməlləri də ifşa edildi

17 Oktyabr 2017 15:51

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Asif Qalimovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin iyul - avqust ayları ərzində rayon ərazisində 1 kafedən, 1 çay evindən, 1 oyun zalından, habelə 3 avtomobildən pul, mobil telefon, oyun aparatı və noutbuk oğurlaması da müəyyən edilib.

Salondan oyun aparatı aparan yaxalanıb

17 Oktyabr 2017 15:49

Kompyüter salonundan oğurluq edən şəxs yaxalanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən oktyabrın 13-də Rafiq Məmmədova məxsus kompyuter salonundan 2 ədəd oyun aparatı və 12 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Baba İlyasov tutulub. Faktla bağlı araşdırma aparılır.

“Mersedes” vuran piyada ölüb

17 Oktyabr 2017 15:49

Xaçmaz rayonunun Məhrəli-qışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 16-da saat 19 radələrində Xaçmaz rayonunun Məhrəli-qışlaq kəndi ərazisində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Nuru Zeynalovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qadının çantasından pul oğurlayan saxlanıb

17 Oktyabr 2017 15:47

Pul və sənəd oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də şəhər sakini olan bir qadının çantasından 385 manat və sənəd oğurlamaqda şübhəli bilinən Ramiz Həmidov tutulub. Ətrafında aparılan araşdırmalar nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Zibillikdən silah-sursat tapılıb

17 Oktyabr 2017 15:46

Xətai rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən silah-sursat tapılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.

Sabiq MTN polkovnikinin məhkəməsinə şahidlər məcburi gətiriləcək

17 Oktyabr 2017 15:45

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə bəzi şahidlərin məhkəməyə gəlmədiyi məlum olub. Hakim Fikrət Qəribov bildirib ki, şahidlər haqqında məcburi gətirilmə haqqında qərar çıxarılıb.

XOŞ XƏBƏR! Güzəştli mənzillərin satışı ilin sonunadək başlaya bilər

17 Oktyabr 2017 15:43

Bakıda güzəştli mənzilin alınması üçün 6,5 minə yaxın adam qeydiyyatdan keçib. Bunu Prezident yanında Mənzil Tikintisi üzrə Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib. Onun sözlərinə görə, mənzillərin satışı "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilir: "Güzəştli mənzil almaq hüququna malik vətəndaşlar bu sistem vasitəsilə qeydiyyatdan keçir. Bugünədək, səhv etmirəmsə, 6,5 minə yaxın adam qeydiyyata alınıb".

"Avropa təşəbbüsü ələ alıb Azərbaycanı silahlandırmalıdır..."

17 Oktyabr 2017 15:42

Çexiyanın müdafiə sənayesi Assosiasiyasının prezidenti Yirji Hinek Avropa İttifaqını Azərbaycana silah embarqosunu ləğv etməyə çağırıb.  Hinek bu haqda "Prajskiy Telegraf" nəşrinə bildirib. Yirji Hinek deyib ki, Azərbaycan dünyada ən iri silah alıcılarından biridir.

“Qaynımın gözü düşdü mənə... ərim dedi, fahişəsən, 8 bıçaq vurdu..." - Azərbaycanlı qadının film kimi həyat hekayəsi

17 Oktyabr 2017 15:38

Biz müsahibəyə başlayanda sığınacaqda axşam yeməyinin vaxtı çatmışdı. Uşaqlı qadınlar stolları baş-başa düzüb üstünə uzun süfrələr açırdılar. Balaları da onlarının arxasınca qaçırdılar - yerlə sürünən gəlin örpəyi kimi...