Gündəm
Keçmiş bank sədri barəsində cinayət işi başlandı
Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Nikoyl" İnvestisiya Kommersiya Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.
Britaniya da parçalanır? - Konvey Ayland müstəqillik istəyir
Britaniyanın Konvey Ayland icması da İspaniyada Kataloniyanın atdığı addımı ataraq müstəqilliyi uğrunda mübarizə aparmaq niyyətindədir. Təxminən 18 kilometr ərazidə icmanın 38 000 əhalisi yaşayır. Konvey Ayland icmasının 15 müstəqil üzvlərindən biri Deyb Blekvel isə deyib: "Müstəqilliyimiz uğrunda hərəkata başlamağın vaxtı çatıb, kiminsə bizə nələrisə diktə etməsindən bezmişik".
13 fələstinli həbs edildi
İsrail ordusu Qərb Şəriyənin müxtəlif bölgələrində 13 fələstinlini həbs edib. Olaylar bildirir ki, həbs olunan fələstinlilər terror aktlarının təşkilində günahlandırıllar.
Saakaşvili Poroşenkoya bir neçə saat vaxt verdi - VİDEO
“Pyotr Poroşenko Ukrayna prezidenti olduğu müddətdə, ölkədə yaxşılığa doğru heç nə dəyişməyəcək”. Bunu "Yeni güclərin hərəkatı" partiyasının rəhbəri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna Ali Radasının yaxınlığında keçirilən mitinqdə çıxışında deyib. “Nə qədər ki, Poroşenko var, heç nə yaxşı olmayacaq. Əgər bu gün Poroşenko sizi eşitməyəcəksə, onda başqa yerə köçmək lazımdır. Poroşenko öz postundan getməli və Ukrayna xalqını azad etməlidir”, - Saakaşvili deyib.
Köhnə tikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub
Astarada köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub. Dövlət Gömrük Komitəsindən (DGK) “Olaylar”a verilən məlumata görə, komitənin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Astara şəhərində Azərbaycan vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan “Tramadol” adlı dərman preparatı aşkar edilib.
Məmurların cəzası yüngülləşdirilir
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərə verilən cəzalar yüngülləşdirilir. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 308-ci maddəsinin 308.2-ci bəndinə dəyişiklik təklif edilir. 308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Rusiyanın əməlləri ilə dedikləri bir-birini tamamlamır
Rusiya hər zaman olduğu kimi, yenə də bitərəflilik prinsipini pozduğunu öz əməli ilə açıq şəkildə ortaya qoymuş oldu. Belə ki, şimal qonşumuz işğalçı Ermənistanın hərbi imkanlarını, potensialını gücləndirmək üçün növbəti maliyyə yardımı paketinin ayrılmasına başlayıb. Ümumilikdə, 2o milyon dolları əhatə edən kredit paketinin ilk 100 milyon dollarını qəbul etmək üçün Ermənistan hökuməti hərəkətə keçib və oktyabrın 12-də sənədi təsdiq edib.
Camal Saqinejad “999-cu gecə”- də
Oktyabrın 21 – 22 – də Musiqili Teatrda SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş olunacaq. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, səhnə əsərinin budəfəki nümayişlərinin xüsusi özəlliyi Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadla bağlıdır. Beləki, Camal Saqinejad növbəti dəfə məhz bu tamaşada Musiqili Teatrın səhnəsinə çıxacaq. O, tamaşada Şah obrazını canlandıracaq. Buna qədər isə C. Saqinejad Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasında tamaşaçıların qarşısına çıxıb. Novruz bayramı günlərində tamaşaçılara təqdim olunan həmin səhnə əsəri yerli izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılanıb.
Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunan ailələrin sayı 1132 nəfərə çatıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində Bakı şəhəri üzrə də 230 ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər (mal və materiallar) alınıb verilib. Onlar əsasən xidmət və istehsal yönümlü fərdi təsərrüfatlarını formalaşdırıblar.
ƏƏSMN bu il e-xidmətlərindən ən çox istifadə olunan qurumdur
Cari ilin yanvar-sentyabr aylarında “Elektron hökumət” portalındakı (www.e-gov.az) elektron xidmətlərə ümumilikdə 17 milyon 555 min 749 müraciət qeydə alınıb ki, həmin müraciətlərin 40 faizə yaxını əmək və sosial müdafiə sahəsi üzrə xidmətlərə yönəlib. Hesabat dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi portalda elektron xidmətləri təqdim olunan qurumlar sırasında elektron xidmətlərindən istifadə sayına görə birinciliyini qoruyub saxlayır. 2017-ci ilin 9 ayında da portalda e-xidmətlərinə ən çox müraciət edilən qurum 7 006 756 müraciət sayı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.
Vidadi Zeynalovun məhkəməsi başladı
Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi" üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmənin baxış iclası başlayıb. Prosesə hakim Qədim Babayev sədrlik edir. Təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayev apellyasiya şikayəti verməyib.
Röya etiraf etdi: "Onunla sevgili olardım"
Əməkdar artist Röya Ayxan şəxsi həyatından danışıb. Məlumata görə, açıqlama verən sevilən ulduz sevgili olmaq istədiyi məşhurların adını çəkib: "İki-üç dünya ulduzu var ki, mən onları çox sevirəm. Bəzilərinin adını unutmuşam, amma onlardan biri də fransız aktyoru Alen Delondur. Düzdür, indi o da qocalıb. Amma nə qədər qoca olsa da, möhtəşəm aktyor və xarizmatik kişidir. Onunla sevgili olardım.
Telefonda "Hər şeyi sizin üçün etdim" deyəndə qızı anladı - Dəhşətli cinayətin VİDEOsu
Haqqında uzaqlaşdırma qərarı olan ər boşanmaq istəyən həyat yoldaşını küçənin ortasında bıçaqlayıb. Bursada bir kişinin boşanmaq istəyən arvadını bıçaqlama anı təhlükəsizlik kameralarına düşüb.
Bərzaninin GİZLİ PLANI: ABŞ əsgərləri hərəkətə keçdi
İraq ordusu dünəndən etibarən başlatdığı əməliyyatla Kərkük, Dakuk, Gulala, Tuzhurmatu və Sincar bölgələrini azad edərək, Ərbilin bir addımlığına qədər irəliləyib. Növbəti hədəf Mosuldur. İlkin məlumatlara görə, İraq ordusu Mosula bağlı ərazilərin az bir qismini azad edib, hazırda əməliyyat davam edir.
Qurban Qurbanov: Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq
"Ən azı, yaxşı mübarizə göstərməyə çalışacağıq". Məlumata görə, bunu UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.






.jpg)






