Gündəm

19 dövlət əmlakı özəlləşdirilib

17 Oktyabr 2017 14:59

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 17 oktyabrda keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 6-ı kiçik dövlət müəssisəsi, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq ən son 17 min manata özəlləşdirilib.

Litvanın tanınmış rejissor ADMİU-da

17 Oktyabr 2017 14:58

Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Litvanın tanınmış rejissoru Audrius Stonis, İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova və Litvanın Azərbaycandakı səfiri cənab Valdas Lastauskas Mədəniyyət və İncəsənət Universitetinin qonağı olublar. Olaylar bildirir ki, qonaqları Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Görüşdə rektor Universitetdə tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrimizin filmlərinin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Audrius Stonis Litva İncəsənət İnstitutunun təhsil sistemindən, ixtisaslardan və s. danışıb.

Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

17 Oktyabr 2017 14:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 20 oktyabr 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti) Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

XXI əsrin sonuna kimi... – Yer kürəsi üçün məhvedici hadisənin ANONSU VERİLDİ

17 Oktyabr 2017 14:56

Yaxın yüz ildə ən güclü günəş partlayışı baş verəcək.  Bu nəticəyə Harvard Universitetinin alimləri gəliblər. Superpartlayışın nəticələri indiyə kimi baş verən nəticələrlə müqayisədə dağıdıcı olacaq.

Məşhur ekstrasens insanları yoxsul edən vərdişlərin siyahısını açıqladı - FOTO

17 Oktyabr 2017 14:54

Məşhur ekstrasens Aleksandr Şeps elə hesab edir ki, insanın varlana və maddi vəziyyətini düzəldə bilməməsinin əsl səbəbləri onun pis vərdişləri ilə bağlıdır. Odur ki, Şeps insanı kasıb edən vərdişlərin siyahısını açıqlamağa qərar verib.

Sevgilisinin sədaqətini yoxlayan oğlan peşman oldu - "Belə lənətə gəlmiş qızlara inanmayın"- VİDEO

17 Oktyabr 2017 14:53

Oğlan sevgilisinin ona xəyanət videosunu Youtube-dakı səhifələrdən biri ilə bölüşüb. O, videonu "bu tip lənətə gəlmiş qızlara inanmayın", - başlığı ilə yayıb. Videoda oğlanın sevgilisinin ona özünü futbolçu kimi təqdim edən şəxslə ""flört" etməsi, onu öpüb, qucaqlaması və nömrəsini alması əks olunub.

7 saatlıq qələbənin ŞOK SİRRİ - Gizli razılaşmanın detalları AÇIQLANDI

17 Oktyabr 2017 14:50

Kürdüstan Yurdsevərlər Birliyinin keçmiş rəhbəri Cəlal Təlabaninin oğlu Bafıl Tələbani və “Haşdi Şabi” şiə qruplaşmasının nümayəndəsi, “Bədir” briqadasının komandiri Hadi Amiri arasında gizli razılaşma imzalanıb.

Muğam Mərkəzində  “İtalyan dili həftəsi”nin açılış mərasimi

17 Oktyabr 2017 14:41

Beynəlxalq Muğam Mərkəzində   İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi və Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə  “İtalyan dili həftəsi”nin açılış mərasimi keçirildi. Olaylar bildirir ki, tədbirdə ilk olaraq İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək,  “Dünya italyan dili həftəsi”ndə zəngin italyan musiqisi, ədəbiyyatı və incəsənətinin Azərbaycan ictimaiyyətinə təqdim olunacağını qeyd etdi. 

Qadının meyiti mənzilində tapıldı

17 Oktyabr 2017 14:40

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.”Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Orada aşkarlanan 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İsgəndər qızının cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Büdcə kəsiri 738.6 milyon manat olub

17 Oktyabr 2017 14:39

Bu ilin 9 ayında dövlət büdcənin ilikin məlumatları açıqlanıb. Cari ilin yanvar-sentyabr ayları üzrı büdcə kəsirinin həcmi 738.6 miyon manat olub. Bu isə ümumi daxili məhsulun 1.5 faizi həcmindədir.

Bələdiyyə İnkişaf Mərkəzi yaradılıb

17 Oktyabr 2017 14:37

Azərbaycan Milli QHT Forumunun tərkibində Bələdiyyə İnkişaf Mərkəzi yaradılıb. Forumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilovanın mərkəzə rəhbərlik edilməsi haqqında qərar qəbul edilib.

Əxlaqsızlığı müdafiə edən beynəlxalq təşkilatlar

17 Oktyabr 2017 14:27

Avropa Şurası tərəfindən Azərbaycana qarşı təzyiqlər dalğası davam etməkdədir. Artıq insan hüquqları pərdəsi altında milli dəyərləri sıradan çıxarmaq niyyəi güdən Avropa Şurası müxtəlif bəhanələrlə ölkələrə hədə-qorxu gəlir. Vəziyyət o həddə çatıb ki, Qərbin hədəfində olan dövlətlərdə həyata keçirilən istənilən profilaktik addım təqib kimi dəyərləndirlir. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieks Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubova Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciət ünvanlayıb.

Dünyadakı yoxsulluq və səfalətin başlıca səbəbləri

17 Oktyabr 2017 14:25

Dünyada artan müharibələr, yeni-yeni yaranan münaqişə ocaqları minlərlə, on minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi, həyatlarını itirməsi, çətin şərtlər altında yaşamasına gətirib çıxarır. Bu gün Yaxın Şərq kimi böyük bir coğrafiya məhz bu problemdən, münaqişələrdən əziyyət çəkir.

İnternetdə təhlükəsizliyi necə təmin etmək olar?

17 Oktyabr 2017 14:23

Günümüzdə informasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə, onun müsbət nəticələri ilə yanaşı, mənfi fəsadları da ortaya çıxır. Müntəzəm olaraq bizə təklif olunan yeniliklər,  yeni-yeni proqramlar bəzən elə özümüzün ziyanına işləyir və bizlər bilmədən həmin proqramdan istifadə etməklə şəxsi məlumatlarımızın, məxfi bilgilərimizin yayılmasına yol açırıq.

Prezidentlərin görüşü nə vəd edir?

17 Oktyabr 2017 14:20

Ermənistanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınması məqsədilə aparılan danışıqlardan yayınmaq cəhdlərinə baxmayaraq nəhayət ki, prezidentlərin görüşü baş tutdu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə görüşü reallaşıb. Hələlik prezidentlərin görüşündə müzakirə edilən məsələlərin detalları tam açıqlanmasa da ümumi razılaşmalar barədə məlumatlar sızmaqdadır.