Litvanın tanınmış rejissor ADMİU-da
Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Litvanın tanınmış rejissoru Audrius Stonis, İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova və Litvanın Azərbaycandakı səfiri cənab Valdas Lastauskas Mədəniyyət və İncəsənət Universitetinin qonağı olublar. Olaylar bildirir ki, qonaqları Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Görüşdə rektor Universitetdə tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrimizin filmlərinin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Audrius Stonis Litva İncəsənət İnstitutunun təhsil sistemindən, ixtisaslardan və s. danışıb.
17 Oktyabr 2017 14:58 MədəniyyətKinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Litvanın tanınmış rejissoru Audrius Stonis, İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova və Litvanın Azərbaycandakı səfiri cənab Valdas Lastauskas Mədəniyyət və İncəsənət Universitetinin qonağı olublar.
Olaylar bildirir ki, qonaqları Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Görüşdə rektor Universitetdə tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrimizin filmlərinin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Audrius Stonis Litva İncəsənət İnstitutunun təhsil sistemindən, ixtisaslardan və s. danışıb. O, Kino rejissoru ixtisasının çox maraqlı və çətin, böyük vəsaitlər tələb etdiyini bildirərək, təmirdən sonra tələbələr üçün hər bir şəraitin yaradıldığını, onların film rejissorluğu sahəsində daha çox bilik əldə etmələrini istədiyini, bunun üçün Universitetdə müxtəlif yerli və xarici mütəxəssislərin ustad dərsləri və seminarlarının təşkil olunduğunu vurğulayıb.
Daha sonra tanınmış rejissorun ADMİU-nun "Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi"ndə "Kino-televiziya sənətləri" kafedrasının müdiri professor Rafiq Quliyevin bələdçiliyi ilə ustad dərsi keçirilib. Kino və televiziya, Teatr sənəti fakültələrinin müxtəlif kurs tələbələrinin və Universitetin professor-müəllim heyətinin iştirak etdiyi dərsdə əvvəlcə Audrius Stonis tələbələrə özü haqqında - sənədli film sahəsində nə zamandan çalışdığı, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Tanınmış rejissor poetik kino üslubu və ümumiyyətlə ekran dilinin təkamülü və s. haqqında çəkdiyi filmlərin timsalında başa salıb.