Prezidentlərin görüşü nə vəd edir?

Ermənistanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınması məqsədilə aparılan danışıqlardan yayınmaq cəhdlərinə baxmayaraq nəhayət ki, prezidentlərin görüşü baş tutdu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə görüşü reallaşıb. Hələlik prezidentlərin görüşündə müzakirə edilən məsələlərin detalları tam açıqlanmasa da ümumi razılaşmalar barədə məlumatlar sızmaqdadır.

Həmsədrlər üzərlərinə heç bir öhdəlik götürmək istəmirlər

Ermənistanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınması məqsədilə aparılan danışıqlardan yayınmaq cəhdlərinə baxmayaraq nəhayət ki, prezidentlərin görüşü baş tutdu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə görüşü reallaşıb. Hələlik prezidentlərin görüşündə müzakirə edilən məsələlərin detalları tam açıqlanmasa da ümumi razılaşmalar barədə məlumatlar sızmaqdadır. Onu da qeyd edək ki, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin müşaiyəti ilə baş tutuduğundan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatı yayılıb. Bəyənatda bildirilir ki, görüş konstruktiv mühitdə keçib: "Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".
Məlumdur ki, Ermənistan prezidenti mövsud status-kvonu qoruyub saxlamaq məqsədilə bütün vasitələrdən istifadə edərək danışıqlar prosesini uzatmağa çalışır. Belə vəziyyətin davam etməsi Ermənistanda daha çox daxili siyasətə hesablanıb. Aydındır ki, iğalçı ölkənin prezidenti Dağlıq Qarabağ kartı ilə hakimiyyətinin müddətini uzatmağa çalışır. Elə bu səbədən də bütün gücünü danışıqlar prosesini pozmağa yönəldib. Ancaq deyəsən, Azərbaycan tərəfinin yürütdüyü xarici siyasət, ölkə diplomatiyasının uğurları Ermənistan prezidntini danışıqlar masasına gəlməyə vadar edib. Maraqlıdır, prezidentlərin görüşü Qarabağ probleminin həllinə hansı töhvəsini verəcək?
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə İsveçrə zirvə görüşü Azərbaycanın diplomatik uğurudur. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların keçirilməsi üçün mümkün olmayan şərtlər irəli sürürdü, ancaq sonra özü bu şərtlərdən imtina edərək danışıqlara getdi: "Ümumən götürdükdə Azərbaycanın mövqeyi qəbul edilir. Digər tərəfdən isə Azərbaycan dəfələrlə danışıqlara ortada konkret bir təklif olarsa, həmçinin Ermənistan tərəfdən konstruktiv mövqe olarsa, gedəcəyini bildirmişdi. İndi prezidentlərin danışıqları davam etdirmək və gərginliyi azaltmaq üçün addımlar atmaq barədə razılığa gəlməsi göstərir ki, danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi artıq əsas prinsip kimi götürülür və Ermənistan bu gün işğal kursunun davam etdirilməsinin ilk növbədə onun maraqlarına böyük zərbə olduğunun fərqinə varır". Deputat qeyd edib ki, nə qədər Ermənistan qoşunları Azərbaycan ərazisindədir, Ermənistan öz dövlətçiliyinin zəifləməsinin və problemlərinin çoxalmasının şahidi olacaq: "Hər halda Ermənistan dəfələrlə danışıqlardan sonra əldə edilmiş razılıqları pozmağa üstünlük verib və yaxın gələcək göstərəcək ki, Ermənistan konstruktivliyə nə dərəcədə hazırdır". Deputat Asim Mollazadə qeyd edib ki, Ermənistan yenidən beynəlxalq təzyiqlər nəticəsində danışıqlar masasına qayıtdı. Onun sözlərinə görə, Ermənistan bundan əvvəl danışıqlarda iştirak etmirdi: "Azərbaycan sülh istəyir. Lakin Ermənistan sülhə hazır deyil, hansısa ciddi addım atmayacaq. Zəruri məqamda Ermənistan bu prosesi pozacaq".
Belə məlum olur ki, Ermənistan beynəlxalq güclərin təsiri ilə danışıqlar masasında əyləşib. Danışıqlardan sonra isə "gah nala, gah da mıxa" vuracağı istisna edilmir. Hansı ki, dəfələrlə şahidi olmuşuq ki, S.Sarkisyan danışıqlar masasında bir, erməni ictimaiyyətinə isə tamam başqa fikirlər söyləyib. Bu dəfə də prosesin eyni ssenari üzrə davam edəcəyi şübhəsizdir. Bundan fəqrli olaraq Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, danışıqların davam etdirilməsinin tərəfdarıdır, lakin danışıqlar imitasiya xarakteri daşımamalı, danışıqlar xatirinə danışıq olmamalıdır. Nəzərə alsaq ki, bu dəfə də ortada konkret müzakirə mövzusu ola biləcək sənəd olmadığından Ermənistan tərəfinin imitasiya edəcəyi şübhəsizdir. Belə halda proseslərə nəzarət etmək vəzifəsi qalır ATƏT-in Minsk qrupuna. Hansı ki, prezidentlərin İsveçrə görüşü ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa, Endrü Şefer - Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilib. Üstəlik, görüşdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak ediblər. Məsələ orasındadır ki, həmsədrlərin bəyənatında atılacaq konkret addımlar barədə heş bir ümidberici məqam yoxdur. Sıradan olan bəyənatda sadəcə bildirlir ki, "prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar". Bu isə o deməkdir ki, həmsədrlərin qarşılarına qoyduqları əsas məqsəd atəşkəs rejiminin qorunub saxlanmasıdır. Əks halda Ermənitanı aprel döyüşlərinin aqibəti gözləyə bilər. Nəzərə alsaq ki, bu görüşdə də həmsədrlər bütün məsələləri tərəflərin ixtiyarına buraxaraq üzərlərinə heç bir öhdəlik götürməyiblər, deməli işğalçı tərəfə hansısa təzyiqdən söhbət gedə bilməz. Əksinə, həmsdr dövlətlərdən olan Rusiya Ermənistanı silahlandırmaqla bölgədə balansı pozmaq niyyəti güdür. ABŞ və Fransanın da mövqeyi bəllidir. Deməli, yenə də ümid qalır Azərbaycan əsgərinə. Yəni, Azərbaycan diplomatik cəbhə ilə paralel, hərbi sahədə də sayıqlığını artırmalıdır. Gün kimi aydındır ki, Ermənistana beynəlalq təzyil olmasa kor kimi tutduğundan əl çəkməyəcək. İndiki məqamda isə bunu gözləmək sadəlövlük olardı.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31