Muğam Mərkəzində “İtalyan dili həftəsi”nin açılış mərasimi
Beynəlxalq Muğam Mərkəzində İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi və Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə “İtalyan dili həftəsi”nin açılış mərasimi keçirildi. Olaylar bildirir ki, tədbirdə ilk olaraq İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək, “Dünya italyan dili həftəsi”ndə zəngin italyan musiqisi, ədəbiyyatı və incəsənətinin Azərbaycan ictimaiyyətinə təqdim olunacağını qeyd etdi.
17 Oktyabr 2017 14:41 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi və Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə "İtalyan dili həftəsi"nin açılış mərasimi keçirildi. Olaylar bildirir ki, tədbirdə ilk olaraq İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək, "Dünya italyan dili həftəsi"ndə zəngin italyan musiqisi, ədəbiyyatı və incəsənətinin Azərbaycan ictimaiyyətinə təqdim olunacağını qeyd etdi.
Bakıda oktyabrın 23-dək keçiriləcək həftə çərçivəsində İtaliyanın məşhur rejissor və ssenaristi Francesko Bruninin ustad dərsləri və italyan filmləri nümayiş ediləcəkdir. Konsertlər "35 millimetr kino lenti və musiqi" adı altında keçirilir.
Rəsmi hissədən sonrakı konsertdə Oskar mükafatı almış "La Vita e bella", "La Strada", "Amici Miei", "Nuovo Cinema Paradiso", "Mediterraneo", "Un maledetto imbroglio", "Giu la of Sergio Leone" tamaşaçılara kino filmlərdən fraqmentlər təqdim olundu.
Layihənin müəllifləri italyan filmlərindəki mahnıları caz üslubunda simli kvartetə köçürən bəstəkarlar Stefano Muskaritolo və Kəmalə Əlizadədir.
Gecədə Fəridə Məmmədova, Səbinə Əsədova, Siruz Məmmədov, Alina Əliyeva,Samir Əsədov, Anar Əliyev, Eyyub Əliyev, Günel Kazımova Ennio Morrikone, Henry Mançini, Nino Rota və başqa bəstəkarların əsərlərini ifa etdilər.