Qurban Qurbanov: Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq

"Ən azı, yaxşı mübarizə göstərməyə çalışacağıq". Məlumata görə, bunu UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov bildirib ki, rəqib barədə çox danışmağa ehtiyac yoxdur: "Atletiko"nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə 2 dəfə ÇL-in finalına çıxıblar. İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadır. Ən azı yaxşı mübarizə aparmağa, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq. Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31