Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə protokol imzalandı

Oktyabrın 17-də Tbilisidə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.

Oktyabrın 17-də Tbilisidə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.
Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər. Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31