Türkdilli ölkələrin vahid investisiya platforması yaradıla bilər

Türkdilli ölkələr maliyyə bazarlarına qarşılıqlı investisiyalar üçün vahid platforma yaratmalıdır. Məlumata görə, bunu Bakıda “Azərbaycanın kapital bazarları. İmkanlar və perspektivlər” konfransında “InvestAZ” investisiya şirkətinin rəhbəri Elşən Quliyev deyib.

Türkdilli ölkələr maliyyə bazarlarına qarşılıqlı investisiyalar üçün vahid platforma yaratmalıdır. Məlumata görə, bunu Bakıda "Azərbaycanın kapital bazarları. İmkanlar və perspektivlər" konfransında "InvestAZ" investisiya şirkətinin rəhbəri Elşən Quliyev deyib.

Onun sözlərinə görə, oxşar layihə hazırda Azərbaycanla Türkiyə arasında reallaşdırılır: "Bu yaxınlarda Azərbaycanın və Türkiyənin milli depozitarları anlaşma memorandumu imzalayıb. Bu sənəd türkiyəli investorların Azərbaycanın kapital bazarına çıxışını nəzərdə tutur". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31