Gündəm
Bu gödəkçə telefon zənglərinə cavab verə bilir - fotolar
Google və “Levi’s” brendi maraqlı ortaq layihəyə imza atıblar. Onlar birlikdə “Levis Commuter Trucker” adlı cins gödəkçə hazırlayıblar. Gödəkçələrin özəlliyi ondadır ki, telefon zənglərinə cavab verir, avtomobil, velosiped idarə edərkən döngələrdə xəbərdarlıq edir və SMS-ləri ucadan oxuyur.
Avropa zonası üzrə "pley-off"un püşkü atılıb
Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Məlumata görə, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyıb.
Nəsimi rayonunda müstəqillik günü münasibətilə tədbir keçirilib
Nəsimi rayonunda Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Məlumata görə, həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 164 saylı tam orta məktəbdə Dövlət müstəqilliyi gününə həsr olunmuş bayram tədbiri keçirilib. Məktəbin foyesində şagirdlərin kreativ əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunub.
"Onunla birlikdə yaşamışıq" - Rəhimdən həmkarı ilə bağlı sevgi etirafı
Müğənni Rəhim Rəhimli illər əvvəl duet ortağı olmuş həmkarı ilə eşq yaşadığını etriaf edib. Məlumata görə, “Hər şey daxil” verilişinə açıqlama verən sənətçi hazırda həmin xanımın sənətdə olmadığını deyib: “Sənətçi kişini yalnız sənətçi qadın sevə bilər. Bir vaxtlar mənim də başıma belə bir şey gəlib. O müğənni artıq sənətdə deyil. Zamanında biz yaradıcılıq işinə olanda bir-birimizə sevgimiz yarandı. Amma 2-3 il çəkdi. Çünki mən Azərbaycandan getdim. O xanım bir müddət sonra mənim yanıma gəldi, bərabər yaşadıq. Hazırda övladı var, xarici ölkədə yaşayır. Yeni sənətçi idi. Sənətdə ilk addımlarını atırdı”.
Oksana: "Heç bir kişidən mənə xoşbəxtlik gəlməyib"
Oksana keçmiş həyt yoldaşı Elşad Xosedən danışıb. ARB TV-nin “Boş anlar” verilişinin qonağı olan rəqqasə Oksana Rəsulova şəxsi həyatından maraqlı açıqlamalar verib. “Elşadla qurduğum ailə böyük sevgidən idi. Boşanan cütlüklərin bir-birini arxasınca danışmasını anlaya bilmirəm. Bəzən düşünürəm ki, nə ağılla ərə getmişəm? Bəzən fikirləşirəm ki, niyə boşandım? Düzdür, boşanıb, yenidən ailə quran var. Bizdə belə bir hal gözlənilmir. Bizim sevgimiz doğmalığa çevrilib. Sevgi unudula bilər, əsas doğmalıqdır. Biz ayrı yaşasaq da, onun barmağına tikan batsa, ürəyim ağrıyar. Elşad ayrılıq ərəfəsində pis depressiyaya düşdü”.
Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava
Müğənni Könül Kərimova ilə Cabbar Musayev “Hər şey daxil” verilişinin qonağı olublar. Məlumata görə, C.Musayev prodüser Tarix Əliyevin (Tolik) “Təranə Qumral Musa Musayevin yanında olmasa, Musa yaddan çıxar. Onu gündəmdə saxlayan onun xanımı, həm də piar meneceridir” sözlərinə belə olub: “Bir şeyi deyim hamı bilsin. Bu gün onlar həyatda varsa, o da “Musayev” soyadına görədir”.
Kamal Abdulla Meksikanın səfiri ilə görüşüb
Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb. Olaylar bildirir ki, səfiri salamlayan K.Abdulla onun universitetə gəlişini yeni və xüsusi münasibətlərin başlanğıcı kimi qiymətləndirib. Rektor bildirib ki, ADU-da ispan dili tədris olunur: “Bizim Meksikanı da öyrənməklə bağlı arzu və ümidlərimiz var. Ümid edirəm ki, siz bu arzularımızın həyata keçirilməsində bizə yardımçı olacaqsınız”. K.Abdulla tələbələrin Meksika barədə daha ətraflı məlumatlanmasını təmin etmək üçün səfiri “Səfir saatı” klubunda mühazirə oxumağa dəvət edib.
“ATSC 3.0” standartlı ilk efir televiziya yayım şəbəkəsi istifadəyə verilib
Cənubi Koreyanın “Seoul Broadcasting System” (SBS), “Korean Broadcasting System” (KBS) və “Munhwa Broadcasting Corporation” (MBC) yayım şirkətləri “Ultra HD” formatlı kanalların translyasiyası üçün “ATSC 3.0” standartında dünyanın ilk yerüstü yayım şəbəkəsini istifadəyə veriblər.
Dünyada ən ekoloji İT şirkətləri məlum olub
Cənubi Koreyanın “Samsung Electronics” və “LG Electronics” şirkətləri yenilənən enerjidən istifadə və ətraf mühit üçün zərərli sayılan kimyəvi preparatların tətbiqinə görə dünyanın daha az ekoloji İT şirkətlərinin siyahısına daxil edilib. Bu haqda “Greenpeace” beynəlxalq ekoloji təşkilatının yeni hesabatında deyilir. Mütəxəssislər şirkətlərin istehsal fəaliyyətinin ekologiyaya təsirini qiymətləndiriblər. “Samsung” və “LG” şirkətləri ümumi zərərsizlik üçün “D-” və "D+" qiymətlərinə layiq görülüblər.
Yeni “ağıllı” qurğu itən əşyaları axtaracaq
"Samsung" şirkəti itən əşyaları axtarmağa imkan verən "ağıllı" "Connect Tag" brelokunu təqdim edib. Qurğunu müxtəlif yerlərə, o cümlədən çantaya və ya avtomobil açarına, körpənin olduğu yeri tez müəyyənləşdirmək üçün uşaq arxa çantasına və ya itən ev heyvanını tez tapmaq üçün onun xaltasına bərkitmək mümkündür.
Sumqayıtda İran vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutuldu
Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb və onu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən verilən məlumata görə, oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunmuşdur. Bu barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Yeni “Huawei” smartfonları rəsmən təqdim olunub
“Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 10” və “Mate 10 Pro” smartfonlarını nümayiş etdirib. Gözlənildiyi kimi, çərçivəsiz dizayna malik smartfonlar 12 meqapikselli rəngli moduldan və 20 meqapikselli monoxrom sensordan ibarət qoşa əsas “Leica” kamerası ilə təchiz edilib. Məlumata görə, qurğular arasında əsas fərq onların ekran ölçülərindədir. Belə ki, kiçik model - “Mate 10” 5,99 düym diaqonallı “Quad HD” ekran (2560x1440 piksel), “Mate 10 Pro” isə 2160x1080 piksel təsvir ölçülü 6 düym diaqonallı displey ilə təchiz olunub.
Lider televiziyasında “Ekran və efirdə ədəbi dil normaları” layihəsi üzrə təlimlər
Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində Lider Televiziyasında ilk təlim keçirilib. Təlimdə Lider televiziyasında çalışan gənc aparıcı və reportyorlar iştirak ediblər. Olaylar bildirir ki, iştirakçılara layihə barədə ətraflı məlumat verən Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinq nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Layihə çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçirilir.
“Android” sistemi ilə işləyən smartfonların 41%-i dağıdıcı "Wi-Fi” hücumu qarşısında dayanıqsızdır
“Wi-Fi” şifrləmə protokolunda aşkar edilmiş təhlükəli boşluq nəticəsində “Android” sistemi ilə işləyən smartfonların 41%-i “KRACK” hücumu qarşısında dayanıqsızdır.














