Litva inteqrasiya olunmuş PUA-lara qarşı sistem hazırlayacaq-ÖZƏL
14:00 DünyaLitva inteqrasiya olunmuş PUA-lara qarşı sistem hazırlayacaq-ÖZƏL
Litva 2027-ci ilə qədər hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq üçün inteqrasiya olunmuş sistem hazırlayacaq. Olaylar.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas Politika.lt portalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, müxtəlif hava məkanı müşahidəsi və dron əleyhinə tədbirləri özündə birləşdirəcək bir sistemin hazırlanması üzərində iş sürətlə davam edir. Nazir bildirib ki, "Layihənin başa çatma tarixi 2027-ci ilin sonu olaraq təyin olunub, lakin biz bunu ilin ortalarına qədər başa çatdırmaq istərdik".
Litva Ordusu Komandanlığı və Müdafiə Nazirliyinin məlumatına görə, sistem hava obyektlərinin tez aşkarlanmasını, sürətli qərar qəbul edilməsini və dronları zərərsizləşdirmək üçün əks tədbirlərin görülməsini təmin etməlidir.