Gündəm
İlin futbol bombasını qətərlilər partlatdı - “PSJ”-yə qardaş gəlir
Türkiyənin Super Liqa oyunlarının qətərli yayım qurumu olan “beIN SPORTS” yeni futbol klubu almaq niyyətinə düşüb. Qurum “Başakşəhər” futbol klubunu almaq istədiyini bildirib. Türkiyə ilə yanaşı. İngiltərə, İspaniya, Fransa və Braziliya liqalarını da yayımlayan qurum yeni klub almaq üçün uzun müddətdir axtarışa çıxmışdı. “beIN SPORTS” artıq “Başakşəhər”lə razılaşma əldə edib və bir çox detalları müzakirə ediblər. Razılaşma ilə bağlı ətraflı açıqlamanın yanvar ayında veriləcəyi bildirilib.
Ural tədqiqatçısı Marsda ÖLÜ ŞƏHƏR aşkar etdi - FOTO/VİDEO
Nijni Tagil şəhərindən olan Valentin Deqteryov Marsın peyk şəkillərini təhlil edərkən Qırmızı planetin səthində sirli tikintilərin qalıqlarını aşkar edib. Şəkilləri "ura.ru" nəşrinə göndərən tədqiqatçı tapıntını qədim meqapolisin xarabalıqları hesab edir.
Rejissura ilə nəfəs alıram... MƏHƏRRƏM BƏDİRZADƏ
Məncə, teatr qarderobdan deyil, rejissorun ssenari yazılmış vərəqləri əlinə almasından başlayır və tamaşaçı ilə ünsiyyətdə bitir. Teatr rejissoru tamaşaçının bu ünsiyyətdən doğan həyəcanını, hiss və duyğularını canlı olaraq qəlbinin süzgəcindən keçirib gözlərinə hopdurur.
“İYİ PARTİ”si Türkiyəyə “iyi” gələcəkmi?
Türkiyənin nüfuzlu və çəkili siyasilərindən olan sabiq daxili işlər naziri, eks vitse-spiker, əski MHP-li Meral Akşənərin liderliyi ilə yeni partiya-“İYİ” (“Yaxşı”) Patiyası təsis və elan olunub. Yeni partiyada- “Qurucular Heyəti”ndə Tükiyə cəmiyyətində böyük nüfuza malik olan, eləcə də Türk dünyasında, Azərbaycanda yaxından tanınan, xüsusilə, Azərbaycana böyük rəğbətləri və dəstəkləri ilə seçilən isimlər-Yusif Halaçoğlu, Əhəd Əndican, Ümid Özdağ və sair kimi tanınmış simalar var. Bu yerdə qeyd edək ki, M. Akşənərin özü də Türkiyə siyasətçiləri arasında hər zaman Azərbaycana yaxınlığı, sevgisi və rəğbəti ilə seçilən siyasətçilərdəndir.
DİN jurnalistin ölümü ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Şirvanda jurnalistin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, oktyabrın 25-də saat 18 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Kamil Mirzəyev idarə etdiyi “Otokar” markalı avtomobillə yolu keçən həmyerlisi Səxavət Məmmədlini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
İstintaq təcridxanasına başçəkmə keçirilib
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti, rəftar məsələləri araşdırılıb. Bu məqsədlə müəssisədə saxlanılan bir çox şəxs fərdi qaydada qəbul edilib və dinləniliblər.
Məktəblilər arasında fotomüsabiqə keçiriləcək
Məktəblilər arasında “Şanlı bayrağım” adlı fotomüsabiqəyə start verilib. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, müsabiqə paytaxt üzrə "Məktəblinin dostu" layihəsinin həyata keçirildiyi 31 ümumi təhsil məktəbini əhatə edir.
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Amerikalı həmsədr: “Qarabağla bağlı növbəti görüş yaxın həftələrdə gözlənilir”
“Oktyabrın 16-da Cenevrədə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yaxşı nümunədir”. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şefer Ermənistan mediasına açıqlamasında deyib.
ABŞ İŞİD-in strateji bölgələrini hədəfə aldı: 60 nəfər öldü
ABŞ Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) Yəmənin Bəyda vilayətinə iki dəfə hava hücumu təşkil edib. Hücum nəticəsində 9 İŞİD üzvü öldürülüb. Bu barədə ABŞ Müdafiə Nazirliyi CENTCOM masasının spikerlərindən Erik Pahon məlumat verib: “Yəmənin hakimiyyət boşluğu olan bölgələrində Amerikanın İŞİD-ə qarşı terrorla mübarizə əməliyyatları davam edir.
İslam həmrəyliyi varmı?
Son illər müsəlman ölkələri arasında bir-birinə ən çox tutulan iradlardan biri İslam həmrəyliyinə əməl etməməklə bağlıdır. Bir müsəlman ölkəsinin hansısa bir qeyrimüsəlman dövləti ilə əməkdaşlıq etməsi dərhal İslam həmrəyliyinə ziddiyət kimi qələmə verilir. Hətta bəzi hallarda həmin ölkələrin daxili işlərinə belə müdaxilə edilərək qeyri-müsəlman ölkəsi ilə əməkdaşlıqdan çəkinmək kimi absurd, gülünc tövsiyələr edilir. Necə ki, Azərbaycanın İsraillə əməkdaşlığı, xüsusilə iki ölkə arasında hərbi sahədə artan əlaqələr cənub qonşumuzu narahat edir.
AntiAzərbaycan şəbəkəsinin yeni ssenarisi
Azərbaycanın beynəlxalq nüfuzunun artmasından xofa düşən bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı təzyiqləri artmaqda davam edir. Azərbaycana qarşı təzyiq kampaniyasının erməni disporası tərəfindən qaynaqlandığını nəzərə alsaq, Avropa ölkələrinin böyük əksəriyyətində müxtəlif planların cızıldığı qənaətinə gəlmiş olarıq. Deməli, Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyasının tərkibində ölkədəki siyasi sabitliyi pozmaq cəhdindən tutmuş terror aktlarının törədilməsinə qədər bütün vasitələrin olması istisna deyil.
Rəqəmsal pula keçid mümkündürmü?
Bitkoin alaq yoxsa almayaq? Bu bitkoinlərin qiyməti 6 min dolları keçdikdən sonra ən çox verilən suallardan biridir. Bitkoinlərin qiyməti 4 min dollara çatanda qiymət artımlarının olacağı barədə proqnozlar bir müddən öncə verilmişdi. Qısa zamanda bitkonlərin qiyməti 50 faiz artıb. Öncədə qeyd etdiyimiz sualını cavablandırmadan ən öncə aydınlıq üçün bitkoin nədir məqamını aydınlaşdırmaq lazımdır.
İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addım
Azərbaycan daim hüquqi sahədə atmış olduğu addımlar, həyata keçirdiyi islahatlarla diqqət mərkəzinə gəlir, nümunə rolunu oynayır. Nəzərə alsaq ki, bu kimi addımlar bir qayda olaraq ölkədə insan hüquq və azadlıqlarının qorunması, bu hüquqların müdafiəsinıə hesablanır, o halda beynəlxalq aləmin, nüfuzlu təşkilatların, ən əsası insan hüquq və azadlıqlarının qorunması adı altında fəaliyyət göstərən transmilli qeyri-hökumət təşkilatlarının da ölkəmizdə bu sahədə həyata keçirilən islahatları dəstəkləməsi, təqdir etməsi zəruridir.
Siyasi şərhçi: “Sarkisyan aşağılıq kompleksindən əziyyət çəkir”
"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyanın sərsəm bəyanatlar verməsində təəccüblü heç nə yoxdur". Bunu siyasi şərhçi Azər Həsrət deyib.














