Gündəm
Eyni mənzili 3-4 nəfərə satan vəzifəli şəxslər HAKİM QARŞISINDA
"İdeal-V" tikinti şirkətinin vəzifəli şəxsləri - İsa Məmmədov və Çingiz Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, iş üzrə 16 nəfər zərərçəkən şəxs var.
"Otağıma soxulub mənə təcavüz etdi" - Məşhur aktrisa - VİDEO
O iyrənc, qorxulu anları hələ də unuda bilmirəm. Həyatım çox pis dəyişdi. 43 yaşlı norveçli aktrisa və model Natasiya Maltın dediyinə görə, ABŞ-dakı "Miramax" studiyasının artıq sabiq sahibi, dünyanın ən məşhur prodüserlərindən biri Harvi Vaynşteynin təcavüz etdiyi aktrisalardan biri də odur.
Hansı müğənni saxta profillərdən Mətanət Əsədovanı təhqir etdi? - İnstaqram-da 15 profili var
ARB telekanalında yayımlanan "Səhər-Səhər" verlişinin qonağı Mətanət Əsədova olub. Verilişin aparıcısı Elgizin xanım müğənniyə "Səsin, ifanla seçilən sənətçisən. Amma son zamanlar geyiminlə də gündəmdəsən" sözlərinə Mətanət özünəməxsus açıqlama verib.
Azərbaycan dünyada 64-cüdür - Pasport gücünə görə
"Arton Capital" şirkətinin hər il yenilənən "ən güclü pasportlar - 2017" reytinqində (Individual Passport Power Rank - 2017) Azərbaycan pasportu 64-cü yeri tutub. Azərbaycan vətəndaşları öz pasportları ilə dünyanın 64 ölkəsinə vizasız gedə və ya birbaşa hava limanında viza açdıra bilərlər.
Türkiyə Suriyada yeni hökumət yaratdı - MÜHARİBƏYƏ HAZIRLIQ
Suriya Keçid Hökuməti (SKH), Azad Suriya Ordusuna (ASO) bağlı 37 birlik və Suriya Müxalif və İnqilabi Güclər Milli Koalisiyası (SİGMK) Türkiyənin nəzarəti altında birləşmək üçün anlaşma imzalayıb. Türkiyənin Kilis əyalətində keçirilən toplantıda Qaziantep valisi Ali Yerlikaya, Kilis valisi Mehmet Tekinarslan və Türkiyə ordusunun rəsmiləri qatılıb.
ABŞ-ın qorxduğu başına gəlir - Pxenyan havadan hücuma keçir
Şimali Koreya diplomatları Sakit okean üzərində nüvə sınaqları həyata keçirəcəklərini elan edib. Şimali Koreya bu sınaqlarla ABŞ-ı vurmaq potensialını nümayiş etdirmək istəyir.
Həyat yoldaşından ayrılan kişi intihar etdi
Paytaxt Bakıda dəhşətli intihar hadisəsi baş verib. Məlumata görəŞ hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəqeydə alınıb. Belə ki, qəsəbədə yaşayan 1980-ci il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub.
250 nəfərin müqavilə, 136 nəfərin isə müqaviləsiz işlədiyi məlum oldu – MONİTORİNQ
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir. Olaylar bildirir ki, bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 12 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 12-si sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla cəmi 38 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.
Eldar Quliyev beynəlxalq təşkilatda sədr müavini seçildi
Azərbaycan Respublikası Milli Məclisinin Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) PM-dəki nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev 25-26 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov şəhərində keçirilən 50-ci Hüquqi və siyasi məsələlər üzrə və 49-cu Mədəniyyət, elm və təhsil komitələrinin iclaslarında iştirak edib. “Olaylar” xəbər verir ki, deputat hər iki komitə iclasında geniş formatda çıxış edib.
Bundesliqa rəhbərliyindən maraqlı addım
Almaniyanın Bundesliqa rəhbərliyi yerli oyunçulara daha çox şans verilməsi üçün maraqlı addım atıb. Liqa rəhbərliyinin qərarına əsasən, yayım gəlirlərinin 17 milyon avroluq hissəsi daha çox yerli futbolçuya şans verən klublar arasında bölünəcək. Bu barədə məlumatı Bundesliqanın mətbuat xidməti yayıb.
Ermənistanda silah satan 2 hərbçi həbs edilib
Bu günlərdə sosial şəbəkələrdə Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçunun həbs edildiyi barədə xəbər yayılıb. Məlumatı verənin bildirdiyinə görə onun yaxın qohumu, Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyan həbs edilib.
Almaniyada belə bir xəritənin yayılması qəbuledilməzdir
“Almaniyada (Köln şəhərində) erməni yepiskopluğu, "Ağrı Dağı"nın Səssizliyi-Erməni Kültürü və Tarixi" adlı təşkilat tərəfindən yeni xəritə hazırlanıb və yayılıb. Xəritədə qardaş Türkiyənin yarısı və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) tamamı Ermənistan ərazisi kimi göstərilib. Ermənilərin bu addımı, ermənilərin növbəti həyasızlığı Almaniyada yaşayan türklərin, o cümlədən, Türkiyə və Azərbaycan ictimaiyyətinin haqlı narazılığına və sərt təpkisinə səbəb olub”. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
Azərbaycan Türkiyəyə qaz ixracını 1,2% azaldıb
2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" yatağından hasil olunan 4 mlrd. 273,850 mln. kubmetr qaz nəql edib. 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu göstərici 1,2% azdır. Cari ilin avqust ayında Azərbaycan qardaş ölkəyə 337,48 mln. kubmetr qaz ixrac edib. Türkiyənin qaz idxalında Azərbaycanın payı 8,4% təşkil edir.
Şimşək çaxacaq, yağış yağacaq
Oktyabrın 27-də Bakı və Abşeron yarımadasında buludluhava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Şuranın mitinqində terror hazırlayan şəxslərin evindən çıxan silah-sursat məlum olub
Oktyabrın 25-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda - Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.














