Hansı müğənni saxta profillərdən Mətanət Əsədovanı təhqir etdi? - İnstaqram-da 15 profili var
ARB telekanalında yayımlanan "Səhər-Səhər" verlişinin qonağı Mətanət Əsədova olub. Verilişin aparıcısı Elgizin xanım müğənniyə "Səsin, ifanla seçilən sənətçisən. Amma son zamanlar geyiminlə də gündəmdəsən" sözlərinə Mətanət özünəməxsus açıqlama verib.
26 Oktyabr 2017 13:56 MədəniyyətARB telekanalında yayımlanan "Səhər-Səhər" verlişinin qonağı Mətanət Əsədova olub. Verilişin aparıcısı Elgizin xanım müğənniyə "Səsin, ifanla seçilən sənətçisən. Amma son zamanlar geyiminlə də gündəmdəsən" sözlərinə Mətanət özünəməxsus açıqlama verib.
Mətanət Elgizə cavabında deyib: "Mən jurnalistərdə günah görmürəm. Jurnalistləri qınamıram da. Bunların hammısını edən müğənnilərdir. Mən müğənni tanıyıram ki, səhnəyə gələndən 10 özü kimisini arxasınca gətirib. İnstaqram-da 15 profili var. Bunu evində qızı da var, gəlini də var, nəvəsi də var, uşağı da var, qohumu da var, xalası, bibisi və s. Getmişəm şikayət eləmişəm.
Bunun axırına da çatmışam. Mən ona bu barədə bir kəlmə də demədim. Çünki o, məndən çox aşağıdadır. Profilləri açıb ağızlarına gələni yazırlar. Mənim evimə gəlib, çörək kəsən, bacı-bacı deyən, süfrəmin başında oturub, niyə gedib ağzınıza gələni danışırsınız? Mən hamısını bilirəm. Gör, bir dəfə zəng edib deyərəmmi ki, "Sən bunu niyə dedin?" Onda mən onların tayı olaram". Milli.az