Həyat yoldaşından ayrılan kişi intihar etdi
Paytaxt Bakıda dəhşətli intihar hadisəsi baş verib. Məlumata görəŞ hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəqeydə alınıb. Belə ki, qəsəbədə yaşayan 1980-ci il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub.
26 Oktyabr 2017 13:45 SosialPaytaxt Bakıda dəhşətli intihar hadisəsi baş verib. Məlumata görə hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəqeydə alınıb. Belə ki, qəsəbədə yaşayan 1980-ci il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub. Bildirilir ki, T.Hacıyev hadisə baş verən binanın 2-ci mərtəbəsində yaşayıb və 9-cu mərtəbəyə qalxandan sonra nərdivanla binanın damına çıxıb və çox keçmədən özünü atıb.Bir müddət əvvəl həyat yoldaşından ayrılan 37 yaşlı Turalın işsiz olduğu, ata-anası ilə birgə yaşadığı məlum olub. O, özünü binadan atandan sonra valideynləri hadisədən xəbər tutublar. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.