Gündəm
Milli Şuranın mitinqi ilə bağlı 100-ə yaxın şəxs polis bölmələrinə çağırılıb
Aidiyyəti orqanlar Milli Şuranın oktyabrın 28-nə təyin etdiyi mitinqdə iştirak edə biləcək şəxslərin müəyyənləşdirilməsi və onlarla müvafiq iş aparılması istiqamətində səylərini davam etdirirlər.
Kremldən Kiyevdəki partlayışla bağlı AÇIQLAMA - YENİLƏNİB
Kremlin sözçüsü Dmitri Peskov Kiyevdə millət vəkillərinə qarşı təşkil edilən bombalı hücumla bağlı açıqlama verib. Spiker hücumun Rusiya ilə heç bir əlaqəsi olmadığını və rusofobiya niyyətli olduğunu bildirib. D.Peskov hücumda Çeçenistan lideri Ramzan Kadırovun barmağı ola biləcəyi istiqamətində jurnalistlərin suallarını cavablandırıb: “Kiyev həmişə olduğu kimi sadəcə Ramzan Kadırov deyil, Moskvadakı bütün səlahiyyətli şəxsləri günahlandırır. Heç şübhə yoxdur ki, bu hadisə Kiyev və Ukraynanı bürüyən rusofobiyanın məhsuludur”. Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü İvan Varçenko hücumda R.Kadırovun əli olduğunu bildirmişdi.
Rusiyadan Azərbaycan və Ermənistana çağırış
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa dair razılaşmasını alqışlayırıq.
Yol polisindən xəbərdarlıq
Artıq bir müddətdir ki, mediada bəzi yüksək vəzifəli şəxslərin, məmurların xidmətində olan avtomobillərin yol hərəkəti qaydalarının əməl etməmələri, yol polisi tərəfindən yazılmış cərimələri ödəməmələri barədə məlumatlar yer alır.
İstanbulda tarixi dəyişən tapıntı – Dünya şokda
İstanbulun Beşiktaş məhəlləsində metro tikintisi üçün aparılan qazıntılar zamanı 3500 il tarixə malik Türk və Altay mədəniyyətlərinə aid 35 kurqan tipli məzar aşkarlanıb. Məlumata görə, İstanbulda yerləşən “Barbaros” bulvarı yaxınlığında tapılan qalıqlar İstanbulun tarixini dəyişə biləcək informasiyaları ortaya çıxarıb. Hazırda İstanbulda tapılan ən qədim məzarlıqda qazıntı işləri davam etdirilir. Şimali Qara dəniz mədəniyyətinə aid olan qalıqların tapılması elm adamlarının həyəcanına səbəb olub.
Rusiya qatil peykini sınaqdan keçirdi
Rusiya Kosmik Qüvvələri manevr etməyi, başqa orbital aparatı ələ keçirməyi bacaran peyki uğurla sınaqdan keçirib. Bu barədə informasiyanı “İzvestiya” qəzeti yayıb. Qəzet hərbi peykin xüsusən yerüstü və orbital əlaqə vasitələri, eləcə də ballistik göstəriciləri və proqram təminatının yoxlanıldığını bildirib.
5560 əlil və şəhid ailəsinə mənzil, 5,9 min nəfərə isə avtomobil verilib
2017-ci il tarixinə respublika əhalisinin 4,5 faizi və ya 460 min nəfər müxtəlif növ müavinətlərlə təmin olunur. Son on ildə bu sosial ödənişlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Olaylar”a daxil olan məlumata görə, əlilliyi olan şəxslərin mühüm bir hissəsi əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar.
Azərbaycanda aparılan sosial siyasət əhatəliliyi və çevikliyi ilə sabit sosial rifaha təminat verir
Sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin cəmiyyətin digər üzvləri ilə bərabərhüquqlu və dolğun təminatına nail olunması, onların həyat səviyyəsinin yaxşılaşdırılması yönündə müxtəlif formalarda təsirli və aktiv tədbirlər kompleksinin reallaşdırılması Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin başlıca prinsipi kimi çıxış edir. Təsadüfi deyil ki, Dünya Bankı tərəfindən ölkəmizin sosial müdafiə sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib.
Əmək pensiyaçılarının statistikası açıqlandı
Hazırda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilir. 2016-cı ildən qurulan müasir sığorta-pensiya sistemi, eləcə də ötən 11 ildə dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla 20 sərəncam imzalanması bu dövrdə əmək pensiyası xərclərinin 6 dəfəyə yaxın, onun orta aylıq məbləğinin 6,4 dəfə artması ilə nəticələnib.
BVF-dən təlaş dolu xəbərdarlıq: “50 il qaranlıq...”
Əgər kritik qərarlar qəbul etməsək, böyük çətinliklərlə üzləşməli olacağıq. Bu fikirləri Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristina Lagarde deyib. O, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edib. Əl-Riyadda keçirilən forumda çıxışı zamanı fondun sədri bildirib ki, ekoloji problemləri həll edə bilməsək, qarşıdakı 50 ildə qaranlıq gələcəyimiz olacaq: “Başımız dərdə girəcək. Qaranlıq gələcəyə gedirik. Bizim gələcək üçün bir düzənimiz var”.
Türk Dünyası Bələdiyyələr Birliyində Azərbaycanı kim təmsil edəcək?
Türkiyə Respublikasının Qaziantəpə şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Direktorlar Şurasının İclası keçirilib. Bu barədə “Olaylara”a Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasından məlumat daxil olub. Bildirlib ki, iclasın gündəliyındə duran bir sıra məsələlərlə yanaşı, eyni zamanda TDBB-nin İdarə Heyətində təmsil olunacaq Azərbayçan nümayəndəsi - Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev TDBB-nin və Kocaeli Böyükşəhər bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu tərəfindən təqdim edilib.
AXCP və Müsavatın özünü xaricə təqdim etmək yarışı
Azərbaycanda hər seçki ərəfəsində müşahidə edilən tendensiya təkrarlanır. Müxalifətin, daha doğrusu bu düşərgəni təmsil edən radikal qanadın ənənəvi, perspektivsiz və daxili auditoriya, seçicilər deyil, xaricə hesablanmış fəaliyyəti.
Amerikalı alim Naxçıvanda və Ağrı dağında olan Nuhun gəmisinin İZİNƏ DÜŞDÜ
Amerikalı elm adamı professor Raul Esprante Nuh tufanının meydana gəldiyi əraziləri araşdırmaq üçün Türkiyənin Ağrı bölgəsinə gəlib. Espraneti Ağrı dağında Nuh tufanının izlərinin olduğunu düşünür. “Nuhun gəmisinin izinin olduğu Ağrı dağının ətəyindəki bölgədə araşdırma aparacam. Mənim fəaliyyət istiqamətim dünyadakı böyük fəlakətləri araşdırmaqdır. Nuh tufanı zamanı Ağrı dağında baş verənləri öyrənmək istəyirəm”, - deyə o bildirib. İstanbul Universitetinin professoru Oktay Belli bildirib ki, Nuh tufanı əfsanə yox, gerçəkdir: “Bütün müqəddəs kitablarda bu haqda danışılır. Biz buna böyük hörmət edirik. İstər Cudi dağı, istər Ağrı dağı, istərsə də Naxçıvanda türklər bu hadisəyə inanırlar”.
Çinarə Məlikzadənin gənc oğlanla bu görüntüsü İZLƏNMƏ REKORDU QIRIR - VİDEO
Sosial media vasitəsilə məşhurlaşan gənc müğənni Çinarə Məlikzadə yeni videosu ilə diqqət çəkib. İfaçı “O səs Türkiyə” yarışmasının azərbaycanlı iştirakçısı Mərdan Kazımovla kameralar qarşısına keçib. Onlar duet şəklində “Yarınım bu günüm” adlı mahnını səsləndiriblər. Sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanan bu video 15 saatda 85 min dəfə izlənilərək rekord qırıb.
Moskvada kinoteatr təxliyə olundu - Bomba tapıldı?
Moskvada anonim zəngdən sonra kinoteatrdan 100-ə yaxın adam təxliyə olunub. Məlumata görə, təxliyədən sonra kinoteatrda bomba axtarışları aparılıb. Moskvada son sutka ərzində yeddi kinoteatrda da bomba qoyulması barədə anonim zənglər daxil olub. Zənglərin heç biri öz təsdiqini tapmayıb.














