5560 əlil və şəhid ailəsinə mənzil, 5,9 min nəfərə isə avtomobil verilib
2017-ci il tarixinə respublika əhalisinin 4,5 faizi və ya 460 min nəfər müxtəlif növ müavinətlərlə təmin olunur. Son on ildə bu sosial ödənişlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Olaylar”a daxil olan məlumata görə, əlilliyi olan şəxslərin mühüm bir hissəsi əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar.
26 Oktyabr 2017 14:31 Sosial2017-ci il tarixinə respublika əhalisinin 4,5 faizi və ya 460 min nəfər müxtəlif növ müavinətlərlə təmin olunur. Son on ildə bu sosial ödənişlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Olaylar"a daxil olan məlumata görə, əlilliyi olan şəxslərin mühüm bir hissəsi əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar. Eyni zamanda, müharibə əlilləri və onlara bərabər tutulanlara aylıq sosial müavinət və ya əmək pensiyası ilə bərabər, 2008-ci ilin sentyabrından Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir. Ötən müddətdə həmin təqaüdün məbləği orta hesabla 2 dəfədən çox artırılaraq I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb. Eyni zamanda, şəhid ailələrinin də hələ 2007-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Ötən müddətdə şəhid ailələrinə ödənilən həmin təqaüdün məbləği 2,2 dəfə artırılıb və 220 manata çatdırılıb. Həmin sosial ödənişlərlə bərabər, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir. Məlumatda o da bildirilir ki, son iki ildə və cari ilin ötən dövründə 607 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunub. Ümumilikdə isə indiyədək nazirliyin xətti ilə 5560 nəfər əlil və şəhid ailəsinə mənzil verilib. 5,9 min nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim olunub.