Əmək pensiyaçılarının statistikası açıqlandı
Hazırda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilir. 2016-cı ildən qurulan müasir sığorta-pensiya sistemi, eləcə də ötən 11 ildə dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla 20 sərəncam imzalanması bu dövrdə əmək pensiyası xərclərinin 6 dəfəyə yaxın, onun orta aylıq məbləğinin 6,4 dəfə artması ilə nəticələnib.
26 Oktyabr 2017 14:25 SosialHazırda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilir. 2016-cı ildən qurulan müasir sığorta-pensiya sistemi, eləcə də ötən 11 ildə dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla 20 sərəncam imzalanması bu dövrdə əmək pensiyası xərclərinin 6 dəfəyə yaxın, onun orta aylıq məbləğinin 6,4 dəfə artması ilə nəticələnib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Olaylar"a daxil olan məlumata görə, bu artım dinamikasının davamı olaraq, cari ilin ötən dövründə pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 01 oktyabr 2017-ci il tarixinə 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Məlumatda o da qeyd olunub ki, dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin mütəmadi artımı pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə imkan verib.