Türk Dünyası Bələdiyyələr Birliyində Azərbaycanı kim təmsil edəcək?

Türkiyə Respublikasının Qaziantəpə şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Direktorlar Şurasının İclası keçirilib. Bu barədə “Olaylara”a Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasından məlumat daxil olub. Bildirlib ki, iclasın gündəliyındə duran bir sıra məsələlərlə yanaşı, eyni zamanda TDBB-nin İdarə Heyətində təmsil olunacaq Azərbayçan nümayəndəsi - Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev TDBB-nin və Kocaeli Böyükşəhər bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu tərəfindən təqdim edilib.

Türkiyə Respublikasının Qaziantəpə şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Direktorlar Şurasının İclası keçirilib. Bu barədə "Olaylara"a Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasından məlumat daxil olub. Bildirlib ki, iclasın gündəliyındə duran bir sıra məsələlərlə yanaşı, eyni zamanda TDBB-nin İdarə Heyətində təmsil olunacaq Azərbayçan nümayəndəsi - Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev TDBB-nin və Kocaeli Böyükşəhər bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu tərəfindən təqdim edilib. İclasda T.Tağıyev çıxış edərək Azərbaycanda yerli özünüidarəetmə və bələdiyyələrin inkişafı sahəsində aparılan məqsədyönlü tədbirlər və ölkə bələdiyyələrinin Milli Assosiasiyalarının TDBB ilə gələcək əməkdaşlıq məsələləri barədə məlumat verib. İclasda gündəlikdə duran TDBB-nin Ali Müşahidə Şurasının 20 sentyabr 2017-ci il tarixli iclası barədə, TDBB-iin Bosniya və Herseqovina merləri üçün "Yerli özünü idarəetmə orqanlarında inkişaf" mövzusunda təcrübə və bilik mübadiləsi Proqramı barədə məsələlərə və digər məsələlərə də baxılıb. Qeyd edək ki, idarə heyətinin toplantısına beş ölkənin-Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Cumhuriyyətindən, Qırğızıstan və Monqolustandan olan təsmliçiilər iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31