Gündəm

AŞPA-nın Azərbaycana qərəzli mövqeyi Türkiyə mətbuatında

26 Oktyabr 2017 15:52

Türkiyənin “Anadolu” qəzetinin köşə yazarı, Qazi Universitetinin professoru, həmyerlimiz Əflatun Nemətzadə növbəti yazısını oktyabrın 15-də AŞPA-da Azərbaycana qarşı qəbul edilən qərarlara həsr edib.

Novruz Məmmədovdan “Euronews” telekanalına irad

26 Oktyabr 2017 15:46

“Euronews” bir neçə gün bundan öncə Myanmada baş verən hadisələri “müasir zamanın ən böyük qaçqın böhranı” adlandırdı. Bu, çox yaxşıdır və düzdür". Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

İlkinə hədiyyə olunan maşının markası bəlli oldu: Qiyməti 30 min manatdır

26 Oktyabr 2017 15:42

Xəbər verdiyimiz kimi, aktyor İlkin Misgərliyə avtomobil hədiyyə olunub. Aktyor  avtomobilin markasını açıqlayıb: "Bu xəbər mənim üçün çox gözlənilməz oldu, çox sevindim. Mənə ən son model KİA Rio avtomobili hədiyyə olundu". O maşını kim bağışlayıb sualına isə belə cavab verib: "Avtomobili mənə "Bozbaş Pictures"in yaxın dostlarından biri hədiyyə edib. Fürsətdən istifadə edib, həmin şəxsə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

İlham Əliyev İrana gedir

26 Oktyabr 2017 15:34

Gələn həftə Azərbaycan Prezidenti İlham Əliyev İrana səfər edəcək. Bunu jurnalistlərə açıqlamasında İranın Maliyyə naziri Məsud Karbasian (Masoud Karbasian) deyib.

Söz və mətbuat azadlığı Azərbaycan dövləti üçün prioritetdir

26 Oktyabr 2017 15:31

Azərbaycanda söz və mətbuat azadlığının tarixi kökləri qədim dövrlərə gedib çıxır. Ölkəmizin müstəqilliyə qədərki tarixini vərəqlədikcə məlum olur ki, bu qədim diyarın söz və mətbuat ənənəsi bir çox ölkələr üçün nümunə hesab oluna bilər.

Həlak olan SEPAH – çıların adları AÇIQLANDI

26 Oktyabr 2017 15:22

Suriyada Əsəd rejiminə hərbi dəstək verən İranın İslam İnqlabı Keçikçilərinin (SEPAH) 7 üzvü  həlak olub. Döyüşçülərin Fatimiyyun və Zeynəbiyyun adlı döyüş komandasının tərkibində döyüşdükləri məlum olub. Həlak olan döyüşçülər Qum şəhərində yerləşən Behişte Məsumiyyun qəbirsanlığında dəfn ediliblər.

Həbslər çoxaldıqca Əli Kərimlinin biznesi genişlənir

26 Oktyabr 2017 15:20

Milli Şura yaxın günlərdə növbəti mitinq keçirməyə hazırlaşır. BŞİH-nin razılıq verdiyi mitinq üçün əsasən sosial şəbəkələrdə AXCP sədri və partiya üzvləri, Milli Şuranın funksionerləri tərəfindən təbliğat işləri aparılır, hakimiyyət əleyhinə əsassız, süni populizmə hesablanmış şüarlar səsləndirilir, uydurma “faktlar” tirajlanır. Bütün bunlar Kərimli və onun komandasının ənənəvi strategiyası olduğu üçün ictimaiyyət tərəfindən təəccüblə qarşılanmır.

Ufoloqlar Marsda 7 kilometr uzunluğu olan "spermatozoid" AŞKARLADILAR

26 Oktyabr 2017 15:15

“Google Mars” xidmətinin köməyi ilə Qırmızı planetin səthinin şəkillərini araşdırarkən, alimlər diqqəti qeyri-adi obyektə yönəldiblər. Mütəxəssislər müəyyən məsafədən daha çox spermatozoidi xatırladan əcaib varlığın kosmosdan Marsın səthinə düşmüş nəhəng heyvan kimi də yozurlar.

Hollandiyada 225 gündən sonra hökumət quruldu

26 Oktyabr 2017 15:14

Hollandiyada martın 15-də keçirilən parlament seçkisindən 225 gün sonra hökumət rəsmi olaraq quruldu.  Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD), Xristian Demokratlar Birliyi (CDA), Demokrat 66 (D66) və Xristian Birlik Partiyasından (CU) ibarət 4 partiyalı yeni koalisiya hökuməti işə başlayıb. 

Silahlı Qüvvələrin cüdo birinciliyi keçirilib

26 Oktyabr 2017 15:07

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, çempionatı Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynovun rəhbərliyi ilə hakimlər heyəti idarə edib.

AzTU-da əməkhaqları artırıldı

26 Oktyabr 2017 15:06

Azərbaycan Texniki Universitetində (AzTU) 01. 11. 2017-ci il tarixindən etibarən əməkhaqları artırılacaq. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki,  Universitetin Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqları 100 AZN məbləğində artacaq. 

"DTX-nın keçirdiyi əməliyyat təqdir olunmalıdır” -  Zahid Oruc

26 Oktyabr 2017 15:02

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizdə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək istəyən şəxsləri zərərsizləşdirib.

Partlayış – İndoneziyada

26 Oktyabr 2017 14:58

İndoneziyanın paytaxtı Cakartada fişəng istehsalı müəssisəsində partlayış olub. Olaylar bildirir ki, partlayış nəticəsində  27 nəfər həlak olub, 35 nəfər ağır yaralanıb.

“Sweet November” yemək festivalı  - Bakıda

26 Oktyabr 2017 14:57

Noyabrın 23-dən 26-dək Qız Qalası ətrafında “Sweet November” yemək festivalı keçiriləcək. Festivalda müxtəlif adda ləzzətli təamları ilə tanınan kafe, restoran və yemək sferasında şəxsi bizneslə məşğul olanlar bu tədbirdə iştirak edə biləcəklər.

Azərbaycanda sürüşmə təhlükəsi olan ərazilər - SİYAHI

26 Oktyabr 2017 14:54

Bakının Masazır, Zığ qəsəbələri, Amfiteatrın cənub şərq-şərq qanadları, Bayıl, 20-ci sahədən Bibiheybətə qədər olan ərazilər sürüşmə, uçqun baxımından təhlükəli sahələrdir.