AŞPA-nın Azərbaycana qərəzli mövqeyi Türkiyə mətbuatında
Türkiyənin “Anadolu” qəzetinin köşə yazarı, Qazi Universitetinin professoru, həmyerlimiz Əflatun Nemətzadə növbəti yazısını oktyabrın 15-də AŞPA-da Azərbaycana qarşı qəbul edilən qərarlara həsr edib.
26 Oktyabr 2017 15:52 SiyasətTürkiyənin "Anadolu" qəzetinin köşə yazarı, Qazi Universitetinin professoru, həmyerlimiz Əflatun Nemətzadə növbəti yazısını oktyabrın 15-də AŞPA-da Azərbaycana qarşı qəbul edilən qərarlara həsr edib.
Məqalədə AŞPA-dakı ikili standarlılığın mövcudluğu, 25 ildir ki, işğal altında olan Azərbaycan torpaqları ilə bağlı bir dəfə də olsun düzgün, obyektiv, qərarın qəbul olunmaması önə çəkilib: "Demkoratiyadan danışanların bu addımlarının arxasında erməni lobbisi və diasporasının dayandığı açıq şəkildə özünü göstərməkdədir".
BMT-nin məlum 4 qətnaməsinə toxunan yazar qeyd edib ki, qətnamələrə əsasən Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılmalıdır: "AŞPA həmin sənədlər haqqında məlumatlı olsa da indiyədək bununla bağlı susur. AŞPA-ya üzv olan ölkələr niyə susursuz? Liviya ilə bağlı qərar bir gecədə qəbul edilərək yerinə yetirildi. Lakin 25 ildir BMT-nin Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı qərarları nədənsə yerinə yetirilmir? Belə olan halda, indi nə baş verdi? Rüşvət almısız, yoxsa, masanıza hədiyyələr gətirilib? Utanmadan Azərbaycan qarşı qətnamələrə səs də verirsiniz".
Ə.Nemətzadə köşə yazısında Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə, eləcə də ölkəmizin dünya ölkələri arasında nüfuzunun artmasına yer ayırıb. Həmçinin yazıda Azərbaycanın böyük iqtisadi layihələrin həyata keçirməsi, iqtisadi gücünün gündən-günə artması və istiqamətdə Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət öz əksini tapıb. Sia.az
