Söz və mətbuat azadlığı Azərbaycan dövləti üçün prioritetdir
Azərbaycanda söz və mətbuat azadlığının tarixi kökləri qədim dövrlərə gedib çıxır. Ölkəmizin müstəqilliyə qədərki tarixini vərəqlədikcə məlum olur ki, bu qədim diyarın söz və mətbuat ənənəsi bir çox ölkələr üçün nümunə hesab oluna bilər.
26 Oktyabr 2017 15:31 SosialAzərbaycanda söz və mətbuat azadlığının tarixi kökləri qədim dövrlərə gedib çıxır. Ölkəmizin müstəqilliyə qədərki tarixini vərəqlədikcə məlum olur ki, bu qədim diyarın söz və mətbuat ənənəsi bir çox ölkələr üçün nümunə hesab oluna bilər. Mütərəqqi haldır ki, Azərbaycan hökuməti müstəqillik əldə etdikdən sonra da bu ənənəyə sadiq qalaraq söz və mətbuat azadlığının təmin olunması məqsədilə lazım olan bütün şəraiti yaradıb. Bununla kifayətlənməyən dövlət müasir çağırışları əsas götürərək söz və mətbuat azadlığının daha da inkişaf etdirilməsini qarşıya məqsəd kimi qoyub. Hazırda əminliklə qeyd etmək olar ki, söz və mətbuat azadlığı Azərbaycan dövləti üçün prioritet sahələrdən hesasb olunur. Məhz bu səbədən demokratik dəyərlərdən hesab olunan söz və mətbuat azadlığı, pluralizm ənənləri daha da genişlənir. Yeri gəlmişkən qeyd edək ki, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, müstəsna haldır ki, Azərbaycanın mətbuat tarixi bir çox dünya ölkələrindən öndə gedir. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə milli mətbuatın inkişafına xüsusi diqqət yetirilir. Məhz bu məqsədlə ölkədə təkmil qanunvericilik bazası yaradılıb, mətbuatın inkişafı, eləcə də jurnalistlərin normal fəaliyyəti üçün çoxsaylı sənədlər qəbul edilib. Xüsusən, son dövrlərdə ölkəmizdə mətbuatın inkişafı ilə bağlı Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alıb.
Ölkəmizdə söz və mətbuat azadlığının yüksək səviyyədə olduğunu dünya media orqanları da etiraf etməkdədirlər. Bunun bariz nümunəsi kimi dünyaca məhşur xəbər agentliklərinin təmsilçilərinin paytaxt Bakıya yığışmasını qeyd etmək olar. Xatırladaq ki, bir müddət öncə beş qitəni, 80 ölkəni və dünyanın 100-dən artıq aparıcı xəbər agentliyini təmsil edən 200 nəfər qonağ Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresində toplaşmışdı. Təkcə bu faktı Azərbaycanda söz və mətbuat azadlığının təntənəsi kimi qeyd etmək olar. Demək, Azərbaycanda müstəqil medianın inkişafı beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, prezident İlham Əliyev sözügedın toplantıda qeyd etmişdi ki, söz və mətbuat azadlığının təmin edilməsi Azərbaycan hpkuməti üçün prioritetlərdən biridir: "Belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Əminəm ki, qonaqlarımız gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar. Bu ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir".
Azərbaycan mətbuatının hazırki durumu deməyə əsas verir ki, sözün həqiqi mənasında Azərbaycan dövləti söz və mətbuat azadlığının təmin olunması istiqamətində bütün lazimı addımları atılır. Hökumətin bu sahədə gördüyü işlər media mənsubları tərəfindən də etiraf edilir. "Ədalət" qəzetinin şöbə müdiri Ədil Ədilzadə bildirib ki, dünyanın bir çox ölkələrə ilə müqayisədə Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə təmin olunur: "Düzdar, bütün dünyada olduğu kimi bu sahədə də müyyən nöqsanlar yox deyil. Ancaq etiraf edilməlidir ki, bu sahədən olan çatışmazlıqlarda günahın ən böyüyü bizim özümüzdədir. Nəzərə almaq lazımdır ki, bir zümrə var ki, daim bu yöndə əks təbliğat aparmaqla məşğuldur. Həmin əks təbliğatçılar yalnlız özlərinə sərf edəni deyirlər. Söz və mətbuat azadlığında baş verən yenilikləri və ümumiyyətiə bu sahədəki uğurları beynəlxalq ictimaiyyətə çatdırmaq üçün yaxşı olardı ki, məsələyə kompleks yanaşılsın".
"Vətəninfo.az" saytının baş redaktoru Nahid Canbaxışlı bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı hansısa problemlərin olduğunu demək yanlış olardı. Çünki, bu gün ölkəmizdə azad sözə, fikrə görə hansısa jurnalist həbs olunmayıb: "Müasir Azərbaycanda milli mətbuatımız çox ciddi uğurlara imza atmaqdadır. Təbii ki, bu uğurlar dövlətin mətbuata verdiyi dəstək sayəsində mümkün olub. Ölkədə çap mətbuata dövlət qayğısı, ölkə prezidenti, Azərbaycan mətbuatında çalışan bütün media təmsilçilərinin dostu cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlərə mənzillərin hədiyyə edilməsi, fəxri adların verilməsi bütövlükdə dövlətin mediaya, azad sözə olan münasibətinın təcəssümüdür. Bu il Milli Mətbuat Günündə 255 jurnalistin yeni inşa olunan binada mənzillə təmin olunması, cənab Prezidentin açılış mərasimindəki tarixi nitqindəki "Jurnalistlər mənim köməkçilərimdi" fikri əsassız deyil. Çünki, Azərbaycanın Milli Mətbuatı cənab prezidentin dövlətimizin daha da güclənməsi istiqamətinə həyata keçirilən uğurlu siyasətinin dünyaya çatdırılmasında mühüm yerə malikdir. Media eyni zamanda cəmiyyətimizdə çatışmayan neqativ halları da işiqlandırmaqla həmin sahələrdə müsbət dəyişikliklərə rəvac verir. Təbii ki, bütün bu qeyd etdiklərimizi görmək istəməyən, ağa qara deyən qüvvələr, belə qüvvələrin dəyirmanına su tökən media orqanları və jurnalistlər də az deyil. Amma onlar Azərbaycan mətbuatını siması deyil, məqsədli insanların əlində bir alətdir". Baş redaktorun sözlərinə görə, bu gün yeganə sıxıntılı sahə virtual media sahəsindədir. Bunun da səbəbi təsadüfü insanların yaradılan şəraitdən istifadə edib bu sahəyə sirayət etməsidir: "Amma inanıram ki, müəyyən bir vaxtdan sonra virtual mediada da dəyişiklik olacaq.Təsadüfü insanlar, "naşı jurnalistlər" mediadan uzaqlaşacaqlar. Odur ki, esab edirəm ki, virtual media da dövlətin humanizm dəyərlərindən kənarda qalmamalıdır. Biz mənzillərlə bağlı prosesdə bu humanizimi hiss etdik.Virtual mediaya maliyyə dəstəyi olarsa, əminəm ki, daha da müsbət amilləri görərik".
"Kaspi" qəzetinin parlament müxbiri Rufik İsmayılov hesab edir ki, Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunub. Ölkə üzrə ümumilikdə 5 minə yaxın KİV-in qeydiyyatdan keçməsi buna ən birinci misaldır. Digər tərəfdən, Azərbaycanda müxalifətyönümlü media qurumları, o cümlədən qəzet və saytlar da var ki, ölkə qanunları çərçivəsində fəaliyyət göstərməkdədirlər. Həmin media qurumları yeri gəldikdə iqtidar mənsublarını tənqid etməkdən çəkinmir, hansısa sahədə yol verilən nöqsanları ictimailəşdirirlər. Bununla bağlı onlara hər hansı təzyiq, məhdudiyyət yoxdur. Bu faktın özü də ölkədəki söz və mətbuat azadlığının vəziyyətini göstərir: "Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda internet azaddır və bu da azad sözün, fərqli fikrin ifadə olunmasında mühüm rol oynayır. Çünki, ən ucqar dağ kəndində də vətəndaş internetin imkanlarından sərbəst şəkildə istifadə edə bilir. Bura mobil interneti də daxil edə bilərik. Misal üçün qeyd edə bilərəm ki, rəsmi statistikaya görə Azərbaycanda yalnız Facebook sosial şəbəkəsindən 2 milyona yaxın insan aktiv istifadə edir. Bu da onlara imkan verir ki, öz profillərindən hər hansı məsələyə subyektiv yanaşmalarını, müstəqil mövqelərini ortaya qoya bilsinlər. Hətta radikal mövqeyi ilə seçilən müxalifət partiya lideri və onun tərəfdarları da azad mediadan, azad internetdən, sosial şəbəkənin imkanlarından öz təbliğatları üçün yararlanırlarsa, bunun özü də söz və mətbuat azadlığının nümunəsi sayıla bilər. Ancaq Azərbaycandakı bütün bu azadlıqlar, o cümlədən media azadlığı heç kimə əsas yaratmalı deyil ki, o, bu vasitələrdən kimlərinsə işgüzar nüfuzuna ziyan vursun, şərəf və ləyaqətini alçaltsın, heç bir fakta və ya sübuta əsaslanmayan informasiyanı yaymaqla qarşı tərəf haqqında qeyri-obyektiv rəy formalaşdırsın. Hüquqşünasların da tez-tez işlətdiyi bir aforizm burada lap yerinə düşür: Sənin azadlığın mənim azadlığımın sərhəddinə qədərdir. Bu baxımdan kimlərsə söz və mətbuat azadlığından sui-istifadə edirsə, qarşı tərəfin hüquqlarını pozursa, qanun çərçivəsində məsuliyyət daşıyır ki, bu da heç bir halda Azərbaycanda söz və mətbuat azadlığının məhdudlaşdırılması və sair kimi başa düşülə bilməz".
"Bakı-Xəbər" qəzetinin əməkdaşı Vidadi Oduxanlı qeyd edib ki, vaxtilə bu sahədə müəyyən problemlər vardısa, zamanla bunlar öz həllini tapdı. İndi istənilən ölkə vətəndaşı sosial şəbəkə üzərindən öz fikirlərini ifadə edə bilir: "Sosial şəbəkələr informasiya yüklülüyü baxımından heç də hansısa sayt və qəzetlərdən geri qalmır. Hesab edirəm ki, bu vacib amili görməzdən gəlmək olmaz. Başqa bir tərəfdən, bu gün istənilən ölkə vətəndaşı rahat şəkildə sayt aça bilər. Artıq əvvəlki kimi, çap mediasına tələbat böyük deyil. O baxımdan bu sahədə vəziyyəti qənaətbəxş hesab etmək olar".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir